8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - Video
31 İyul 2025, 09:45
Qaynar xətt:
(+99450) 247 90 86Prezident İlham Əliyevin III Qlobal Media Forumunda çıxışı dünya mediasının diqqət mərkəzindədir
SİYASƏT
382
21.07.2025, 19:40
Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndində keçirilən III Şuşa Qlobal Media Forumunda "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda çıxışı və jurnalistlərin suallarına cavabları dünya mediasının diqqət mərkəzindədir.
Belə ki, Çinin "Sinxua" xəbər agentliyi "Azərbaycan Prezidenti Çinlə yüksək səviyyədə qarşılıqlı etimadı alqışlayır" başlığı ilə məqalə dərc edib.
Nəşr Prezident İlham Əliyevə istinadən yazır ki, Azərbaycan və Çin iki mühüm sənəd qəbul edib və imzalayıblar. Keçən il bu, Strateji Tərəfdaşlıq, bu il Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Bəyannamə idi. Bundan əlavə, məqalədə qeyd olunur ki, Bakı Sədr Si Cinpinin "Bir kəmər, bir yol" təşəbbüsünü əvvəldən dəstəkləyib və artıq Azərbaycan ərazisində müvafiq nəqliyyat və logistika infrastrukturu hazırlanıb.
Çinin kütləvi informasiya vasitələri, o cümlədən "Sina", "Guangcha", "163.com" və digər KİV-lər də Azərbaycan və Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşlar üçün qarşılıqlı vizasız rejim haqqında sazişin qüvvəyə minməsinin vacibliyi barədə məlumat yayıblar. Sənəd apreldə Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı imzalanıb. Qeyd edilir ki, bu saziş şəxsiyyətlərarası təmasların möhkəmlənməsinə, eləcə də hər iki ölkənin tələbələri və sahibkarları arasında əlaqələrin inkişafına töhfə verəcək.
Nəşrlərdə Prezident İlham Əliyevin Azərbaycanın Tayvanla bağlı mövqeyinə dair dediyi sözlər də yer alıb. "Azərbaycan açıq şəkildə bildirir ki, Çin Xalq Respublikasının Tayvan və digər məsələlər ilə bağlı mövqeyini dəstəkləyir. Bizim mövqeyimiz olan "vahid Çin" siyasəti Çin rəhbərliyinə və xalqına yaxşı məlumdur", - nəşrlər dövlət başçısından sitat gətirib.
Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə çıxışı Yaponiya mətbuatında da geniş işıqlandırılıb. "Tokyo-np", "Newseveryday", "Sankei Shinbun", "Newspick", "Okinawatimes", "47News", "Net Nihonkai" və digər nəşr və portallarda AZAL-ın təyyarəsinə dair insidentlə bağlı dövlət başçısının bəyanatlarına istinad edən materiallar dərc edilib, həmçinin Rusiya tərəfinin baş verənlərlə bağlı heç bir açıqlama vermədiyi də qeyd edilibb.
Fransa və Macarıstan KİV-lərində də Prezident İlham Əliyevin çıxışı ilə bağlı materiallar dərc olunub. Fransanın "Euronews" и "RFI" platformalarında, eləcə də Macarıstanın "Economx.hu", "Liner.hu" və "Hvg.hu" xəbər portallarında dərc olunan məqalələrdə AZAL-ın təyyarəsi ilə bağlı insident, habelə beynəlxalq məhkəmələrə təqdim edilmək üçün sənədlər paketinin hazırlanmasına dair rəsmi Bakının mövqeyinə xüsusi diqqət yetirilib.
"Hindustan Times", "Firstpost" и "Tourguidence" kimi Hindistan portalları da Prezident İlham Əliyevin AZAL hadisəsi və bu faciə nəticəsində 38 sərnişinin ölümü ilə bağlı səsləndirdiyi fikirlərə diqqət yetirib.
Vyetnam qəzetləri və "Vietnam Plus", "VnExpress", "Lao Dong", "PLO.vn", "VO.vn", "Bao Nghe An" kimi xəbər portalları nəşrlərində Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması məsələlərinə dair Prezident İlham Əliyevin bəyanatlarından sitat gətiriblər.
Çilinin "El Periodista", "El Vinotinto", "Inoticias" və digər xəbər portallarında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması, eləcə də Bakının iqlim gündəmi və bərpa olunan enerjinin inkişafı sahəsində təşəbbüsləri ilə bağlı bəyanatları yer alıb.
"Qlobal iqlim gündəliyinə töhfəmizə gəldikdə deyərdim ki, Azərbaycan ekologiyaya hörmətlə yanaşan ölkədir. Biz elektrik enerjisinin istehsalında nə kömürdən, nə də ki, yanacaqdan istifadə edirik. Biz yalnız su və təbii qaz ehtiyatlarından istifadə edirik və bu yaxınlarda Günəş enerjisindən istifadəyə başlamışıq. Yeri gəlmişkən, yaşıl gündəliyimiz çox genişdir. 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında biz ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş, külək və su elektrik enerjisini istehsal edəcəyik", - nəşrlər Prezident İlham Əliyevdən sitat gətiriblər.
İsveçrənin SWI nəşri AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevin sözlərinə diqqət yetirir.
Həmçinin oxuyun
Belə ki, dərc olunan məqalədə Prezident İlham Əliyevin sözlərinə istinadən qeyd olunur ki, Azərbaycan AZAL sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyaya qarşı beynəlxalq məhkəməyə müraciət etmək niyyətindədir.
Pakistanın Islamabad Post qəzeti Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə çıxışının tam mətnini dərc edib.
Philippine News Agency-nin dərc etdiyi materialda vurğulanır ki, iyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda Xankəndidə açılmış Konqres Mərkəzində 150-dən çox xarici KİV nümayəndəsini bir araya gətirən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.
"Bu il forum "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" devizi altında keçirilir və qlobal media və rəqəmsal kommunikasiyalar sahəsində mövcud çağırışları və imkanları müzakirə etmək üçün beynəlxalq jurnalistləri, media menecerlərini və siyasətçiləri bir araya gətirir", - məqalədə qeyd edilib.
Honq-Konq-un Bauhinia Magazine jurnalının buraxılışı Prezident İlham Əliyevin Çinlə münasibətlərlə bağlı sözlərinə diqqət yetirir. Dövlətimizin başçısının iki ölkə arasında qarşılıqlı əlaqələrin səviyyəsini yüksək qiymətləndirdiyi vurğulanır.
La Radio del Sur (Venesuela) AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevin sözlərini sitat gətirir. Qeyd olunur ki, Bakı AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların ailələrinə təzminat ödənilməsində israrlıdır.
NewTalk (Tayvan) qəzetində dərc olunan məqalədə qeyd olunur ki, Azərbaycan Moskvadan öz təqsirini rəsmən etiraf etməyi, günahkarların məsuliyyətə cəlb edilməsini, həlak olanların və yaralananların ailələrinə təzminat ödəməsini, habelə məhv edilmiş təyyarənin dəyərinin ödənilməsini tələb edir.
İordaniyanın Jordan News Agency nəşri media forumunun əhəmiyyətinə xüsusi diqqət yetirir.
"Prezident İlham Əliyev forumda çıxış edərək qeyd edib ki, bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var", - məqalədə vurğulanıb.
Sharjah 24 (BƏƏ) və Emirates News Agency - WAM tərəfindən dərc edilmiş materiallarda vurğulanır ki, forum rəqəmsal transformasiyaların mediaya təsirini, məzmunun yaradılması və yayılmasında müasir texnologiyaların artan rolunu, eləcə də dəqiq və etibarlı informasiyaya çıxışın təmin edilməsində media savadlılığının əhəmiyyətini müzakirə etməkdir.
"Görüş zamanı Prezident İlham Əliyev texnologiyaların sürətli inkişafına vaxtında reaksiya verilməsinin vacibliyini vurğulayıb, süni intellektin bütün sahələrdə, xüsusilə də mediada rolunun artdığını qeyd edib. Dövlət başçısı Azərbaycanın regional və beynəlxalq əlaqələri, xarici siyasət və beynəlxalq əməkdaşlıq məsələlərinə də toxunub", - məqalələrdə qeyd olunub.
10:02 / 31 İyul 2025
Ağır qəza: Ölən var
1
10:00 / 31 İyul 2025
Rubl görün neçəyə oldu
2
10:00 / 31 İyul 2025
Bu ərazilərdə qaz olmayacaq
3
09:45 / 31 İyul 2025
8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - Video
4
09:30 / 31 İyul 2025
Rusiyadan neft-qaz alanları da sanksiya gözləyir
9
09:15 / 31 İyul 2025
“Çinlə ədalətli razılaşma əldə edəcəyik” - Tramp
10
09:00 / 31 İyul 2025
Bu ərazilərdə işıq kəsiləcək
12
00:07 / 31 İyul 2025
Torpağın altından elə maddə tapdı ki... - Qızıldan daha dəyərlidir
54
23:33 / 30 İyul 2025
Bakıda ucuz maşın fırıldağı - Diqqətli olun!
134
23:28 / 30 İyul 2025
Azərbaycanda bu xəstələrə verilən dərmanların sayı artırıldı
62
22:17 / 30 İyul 2025
Məktəb direktoruna yüksək vəzifə verildi
113
16:15 / 30 İyul 2025
Ukraynada istefa
73
14:32 / 30 İyul 2025
Altay Respublikasında zəlzələ baş verib
197
14:29 / 30 İyul 2025
Çin və Rusiya arasında birgə təlimlər olacaq
152
14:17 / 30 İyul 2025
Tramp bildirib ki, Si Cinpin onu Çinə dəvət etmək istəyir
244
14:09 / 30 İyul 2025
ABŞ Fransanın Fələstini tanımasını nasistlərin qələbəsi ilə müqayisə edir
193
13:55 / 30 İyul 2025
ABŞ Çinin üstünlüyünü tanıdı
173
13:33 / 30 İyul 2025
Prezident Sərəncam imzaladı
1387
13:28 / 30 İyul 2025
Yapon Vanqa 2025-ci ilin iyulunda zəlzələ olacağını proqnozlaşdırıbmış
314
13:25 / 30 İyul 2025
Somaliland ABŞ-yə nə təklif edir?
125
13:15 / 30 İyul 2025
Vətəndaşlarımız niyə internet kanallarımızı peyk vasitəsi ilə izləyə bilmirlər? - PROBLEM
866
13:05 / 30 İyul 2025
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
481
13:02 / 30 İyul 2025
ABŞ-da onlarla ravvin saxlanılıb
102
12:56 / 30 İyul 2025
Zəlzələ o qədər güclü oldu ki,ağ BALİNALAR sahilə çıxdı - VİDEO
116
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.