Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğandan Zəngəzur dəhlizi açıqlaması 

SİYASƏT

545

21.07.2025, 18:49

Türkiyə Zəngəzur dəhlizi məsələsində Azərbaycan və Ermənistan arasında konsensusun əldə olunmasını gözləyir və bu layihənin həyata keçirilməsinin bütün region ölkələrinin xeyrinə olacağına inanır.

Oxu24.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Zəngəzur dəhlizindən təkcə Azərbaycan, Ermənistan və Türkiyə deyil, regionun digər dövlətləri faydalanacaq. Bu istiqaməti geoiqtisadi ölçü baxımından son dərəcə vacib hesab edirik. Bu xətt regionumuzdan kənar coğrafi bölgələri birləşdirəcək və ticarəti canlandıracaq. Ümid edirik ki, bu, nifaq mənbəyindən çox, barışıq simvoluna çevriləcək. İnanıram ki, region ölkələri olaraq konsensus yolu ilə bu məsələni həll edə bilərik", - o bildirib.