Putinlə Trampın ikitərəfli görüşünün vaxtı açıqlandı
18 Noyabr 2026, 20:53
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
425
22.04.2025, 09:20
Sentyabrda İrana hərbi zərbə ehtimalı gündəmdədir
Oxu24.com xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Qəzetin yazdığına əsasən, ABŞ Prezidenti Donald Tramp hərbi müdaxiləyə üstünlük verməsə də, vəziyyətin gedişi Tehranla aparılan nüvə danışıqlarının nəticələrindən asılı olacaq.
Əgər Vaşinqton və Tehran arasında aparılan danışıqlarda nəticə əldə olunmasa, o zaman İrana qarşı hərbi əməliyyat ehtimalı gündəmə gələ bilər. Xarici mənbələr isə mümkün hücum vaxtı kimi sentyabr ayını göstərirlər. Hətta müzakirələrin nəticəsindən asılı olaraq, İrana qarşı zərbə planlarının masada olduğu bildirilir.
Maraqlı məqam ondan ibarətdir ki, Qərb mənbələri mümkün zərbəni ABŞ yox, İsrailin həyata keçirəcəyini iddia edir. ABŞ-ın isə birbaşa müdaxilə etməyəcəyi, lakin İsrailin əməliyyatlarına maneə törətməyəcəyi və logistik dəstək göstərəcəyi qeyd olunur.
Mənbələrə əsasən, İsrail artıq planlarını hazır vəziyyətə gətirib. Belə bir ssenarinin reallaşması bölgədə ciddi gərginlik yaradacağı üçün, ekspertlər ümid edirlər ki, bu istiqamətdə danışıqlar müsbət nəticələnəcək və region böyük təhlükədən qorunacaq.milli.az
00:22 / 19 Noyabr 2026
147
23:10 / 18 Noyabr 2026
103
22:45 / 18 Noyabr 2026
99
22:40 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
109
22:15 / 18 Noyabr 2026
102
22:11 / 18 Noyabr 2026
115
21:55 / 18 Noyabr 2026
109
21:53 / 18 Noyabr 2026
289
21:40 / 18 Noyabr 2026
123
21:26 / 18 Noyabr 2026
119
21:20 / 18 Noyabr 2026
119
21:09 / 18 Noyabr 2026
123
21:03 / 18 Noyabr 2026
479
20:53 / 18 Noyabr 2026
148
20:50 / 18 Noyabr 2026
126
20:45 / 18 Noyabr 2026
336
20:42 / 18 Noyabr 2026
178
20:40 / 18 Noyabr 2026
136
20:34 / 18 Noyabr 2026
144
20:28 / 18 Noyabr 2026
138
20:19 / 18 Noyabr 2026
801
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.