Çimnaz Quliyeva vəfat etdi
15 Yanvar 2026, 14:14
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1195
31.01.2020, 11:48
Jurnalist İlkin Vaqifoğlunun evindən oğurluq edilib və aparılan əşyaların yerinə ölü xoruz və ölü toyuq qoyulub.
Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yanvarın 26-sı gecə saatlarında Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinin anbarında baş verib.
Həmçinin oxuyun
İ.Vaqifoğlu açıqlamasında bildirib ki, oğurluq edən şəxs və ya şəxslər anbardan 5 min manatlıq ev əşyaları aparıblar:

"Polis bizə dedi ki, oğurlanan əşyaların siyahısı və qiymətlərini yazıb verək. Bunu araşdıranda anbarın ən dib hissəsində yerləşən şkafın ən aşağı gözündən boğularaq öldürülmüş və dəsmalla bir-birinə bağlanmış xoruz və toyuq tapdıq. Onların başı kəsilməmişdi və heyvanlar bizim deyildi, kimsə onları kənardan gətirmişdi. Səhəri gün isə həyətimizdəki toyuğun başını kəsib darvazanın yanına atmışdılar. Hər iki halla bağlı polisə məlumat vermişik, cinayət işi açılıb. Lakin bu məsələ artıq oğurluqdan fərqli bir hadisədir. Bunu edən şəxslər mənə və ailəmə hədə-qorxu gəlirlər. Şübhələndiyimiz kimsə yoxdur. Daxili İşlər Nazirliyi rəhbərliyindən xahiş edirəm ki, bu məsələ nəzarətə götürülsün və ciddi araşdırılsın. Çünki artıq məsələ mənim və ailəmin həyatı ilə bağlıdır".
16:25 / 03 Fevral 2026
77
16:20 / 03 Fevral 2026
884
16:05 / 03 Fevral 2026
74
16:00 / 03 Fevral 2026
51
15:34 / 03 Fevral 2026
163
15:19 / 03 Fevral 2026
334
15:13 / 03 Fevral 2026
107
15:09 / 03 Fevral 2026
508
14:38 / 03 Fevral 2026
259
14:27 / 03 Fevral 2026
80
14:25 / 03 Fevral 2026
62
14:14 / 03 Fevral 2026
1620
14:06 / 03 Fevral 2026
88
13:49 / 03 Fevral 2026
69
13:48 / 03 Fevral 2026
89
13:08 / 03 Fevral 2026
2021
13:01 / 03 Fevral 2026
92
12:48 / 03 Fevral 2026
77
12:44 / 03 Fevral 2026
76
12:37 / 03 Fevral 2026
80
12:32 / 03 Fevral 2026
483
12:27 / 03 Fevral 2026
156
12:17 / 03 Fevral 2026
696
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.