Ukrayna ilə bağlı narahatedici hesabat
13 Noyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1272
03.02.2026, 11:50
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə “Rusiya TRIPP layihəsinə qoşulmaq üçün mümkün variantları araşdırmağa hazırdır” açıqlamasından sonra diqqətlər Ermənistana yönəlib.
Oxu24.com xəbər verir ki, nəhayət Rusiyanın bu açıqlamasına Ermənistandan rəsmi cavab açıqlaması gəlib.
Ermənistan parlamentinin spikeri Alen Simonyan erməni mediasına verdiyi müsahibədə Rusiyanın bu təşəbbüsünə real baxmadığını deyib.
"TRIPP erməni-amerikan təşkilatıdır. Əgər söhbət hansısa marşrut və ya yolun açılmasından gedirsə, mənim fikrimcə, bu, ayrıca, hansısa təşəbbüs olmalıdır. Amma Rusiyanın TRIPP layihəsinə qoşulmasını bir az absurd hesab edirəm”.
Simonyan onu da qeyd edib ki, Rusiyanın TRIPP layihəsinə qoşulması TRIPP-in qəfil işləməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etmək deməkdir.
Məlumat üçün qeyd edək ki, Cənubi Qafqaz Dəmir Yollarının (CQDY) konsessiyası Moskvaya məxsusdur. CQDY-nın icarəsinə dair Ermənistan və Rusiya arasında 2008-ci ilin fevral ayında imzalanmış 30 illik müqavilənin birinci 20 ili 2027-ci ildə başa çatır. Bundan sonra Ermənistan müqaviləni 10 il müddətinə uzatmaq və ya ondan imtina etmək hüququna malikdir.Rusiya bu üstünlüyündən istifadə edərək layihədə olmaq imkanlarını araşdırır. Ermənistan isə onun layihədə olmaması üçün bütün imkanlarından istifadə etməyi düşünür. Məsələn, Cənubi Qafqaz Dəmir Yollarının əsaslı təmirini şərt kimi ortaya ataraq, Rusiyabu layihədən çəkindirməyə çalışır...
Xatırladaq ki, mövzu ilə əlaqədar Alen Simonyan 5-6 fevral tarixlərində Rusiyada rəsmi səfərdə olacaq. Alen Simonyan görüşlə bağlı qeyd edib ki, "səfər həmkarım xanım Matviyenkonun dəvəti ilə həyata keçirilir və onunla, eləcə də Rusiya xarici işlər naziri ilə görüş planlaşdırılır".
P.S. Görünür Zaxarova “mümkün variantlar” deyəndə Ermənistan parlamentinin spikerini Moskvaya çağırıb ona “hərbə-zorba” gəlməyi də nəzərdə tutub.
Əntiqə Rəşid
08:09 / 14 Noyabr 2026
1
01:15 / 14 Noyabr 2026
102
00:40 / 14 Noyabr 2026
277
00:02 / 14 Noyabr 2026
920
23:58 / 13 Noyabr 2026
152
23:49 / 13 Noyabr 2026
150
23:40 / 13 Noyabr 2026
156
23:28 / 13 Noyabr 2026
155
23:22 / 13 Noyabr 2026
143
23:17 / 13 Noyabr 2026
381
23:09 / 13 Noyabr 2026
166
23:05 / 13 Noyabr 2026
144
23:02 / 13 Noyabr 2026
298
22:53 / 13 Noyabr 2026
152
22:49 / 13 Noyabr 2026
148
22:41 / 13 Noyabr 2026
146
22:36 / 13 Noyabr 2026
170
22:18 / 13 Noyabr 2026
152
22:13 / 13 Noyabr 2026
145
22:03 / 13 Noyabr 2026
1081
21:43 / 13 Noyabr 2026
1203
21:36 / 13 Noyabr 2026
148
21:29 / 13 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.