Mayın 1-nə olan hava AÇIQLANDI
30 Aprel 2026, 12:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
550
03.02.2026, 12:37
Son dövrlər sosial şəbəkələrdə, xüsusilə “TikTok” və “YouTube” platformalarında aparılan canlı yayımlar və paylaşımlar zamanı açıq söyüşlərə, təhqirlərə, əxlaqsız davranışlara və nifrət nitqinə geniş şəkildə rast gəlinir.
Oxu24.com xəbər verir ki, bu barədə Mətbuat Şurasının Sosial Media İstifadəçiləri ilə Əlaqələr Komissiyasının açıqlamasında bildirilib.
Qeyd edilib ki, bu cür hallar cəmiyyətdə aqressiyanın artmasına, eyni zamanda, milli-mənəvi dəyərlərə ciddi zərər vurur.
"Xüsusilə qeyd etmək lazımdır ki, xaricdə yaşayan bəzi blogerlər, tiktokerlər və əxlaqsız davranışları təbliğ edən ayrı-ayrı şəxslər sosial şəbəkələrdə canlı yayımlar vasitəsilə insanları açıq şəkildə təhqir edir, alçaldır və qarşıdurma mühiti yaradırlar. Belə davranışlar nə etik normalara, nə də ifadə azadlığının mahiyyətinə uyğundur.
Həmçinin oxuyun
İfadə azadlığı heç bir halda təhqirə, söyüşə, nifrət nitqinə, yalan məlumat yayımına və ictimai manipulyasiyaya haqq qazandıran təbiətə malik ola bilməz. Sosial media informasiya məkanının ayrılmaz hissəsidir və burada yayılan hər bir məlumat həm ictimai, həm də hüquqi məsuliyyət yaradır", - məlumatda vurğulanıb.
Mətbuat Şurasının Sosial Media İstifadəçiləri ilə Əlaqələr Komissiyası sosial şəbəkələrdə fəaliyyət göstərən bütün blogerləri, tiktokerləri, ümumən sosial media istifadəçilərini qanunvericiliyə, etik normalara və ictimai məsuliyyət prinsiplərinə uyğun davranmağa çağırıb.
12:29 / 30 Aprel 2026
9
12:17 / 30 Aprel 2026
28
12:09 / 30 Aprel 2026
29
12:03 / 30 Aprel 2026
41
11:59 / 30 Aprel 2026
29
11:57 / 30 Aprel 2026
236
11:41 / 30 Aprel 2026
45
11:30 / 30 Aprel 2026
419
11:25 / 30 Aprel 2026
101
11:20 / 30 Aprel 2026
50
11:15 / 30 Aprel 2026
44
11:12 / 30 Aprel 2026
54
11:03 / 30 Aprel 2026
430
11:00 / 30 Aprel 2026
66
10:49 / 30 Aprel 2026
79
10:42 / 30 Aprel 2026
66
10:39 / 30 Aprel 2026
51
10:37 / 30 Aprel 2026
53
10:33 / 30 Aprel 2026
66
10:31 / 30 Aprel 2026
113
10:29 / 30 Aprel 2026
61
10:13 / 30 Aprel 2026
631
10:11 / 30 Aprel 2026
45
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.