Hava necə olacaq?
09 May 2026, 12:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
9289
03.02.2026, 10:35
Əgər pensiyaçı hazırda məsələn, 500 manat pensiya alırsa, onun aylıq ödənişi təxminən 46 manat artaraq 546 manata çatacaq. Üstəlik, fevralda yanvar ayının da 46 manatlıq fərqi əlavə olunduğu üçün, vətəndaş həmin ay ümumilikdə 592 manat pul əldə edəcək.
"Fevral ayında 1 milyon 100 mindən çox vətəndaşın pensiyası indeksləşdirilərək artırılacaq və bu artım yanvar ayından etibarən hesablanacaq".
Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov son çıxışında ətraflı məlumat verib. EO bildirib ki, 2025-ci ildə ölkə üzrə orta aylıq əməkhaqqının artım tempi pensiyaların yeni məbləğini müəyyən edən əsas göstəricidir.
Həmçinin oxuyun
Deputatın sözlərinə görə, fevralın əvvəlində rəsmi elan ediləcək nominal ortaaylıq əməkhaqqı artımının 9.2 faiz olacağı gözlənilir. Bu rəqəm birbaşa olaraq bütün növ əmək pensiyalarına şamil ediləcək. Beləliklə, yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya alan hər bir vətəndaşın aylıq gəliri təxminən 9.2 faiz yüksələcək. Vətəndaşlar yanvar ayının artım fərqini də fevral ayının pensiyası ilə birlikdə, yəni iki aylıq artımı bir yerdə alacaqlar.
Vüqar Bayramov onu da əlavə edib ki, bu islahat sosial müdafiə sisteminin gücləndirilməsi strategiyasının bir hissəsidir. Hazırda orta aylıq pensiyanın 590 manata, yaşa görə orta pensiyanın isə 629 manata çatdırılması hədəflənir. Dövlət büdcəsindən sosial sahəyə ayrılan 17.1 milyard manatlıq vəsait bu artımların dayanıqlı olmasını təmin edəcək. Pensiya artımları avtomatik qaydada tətbiq olunacaq və vətəndaşların əlavə sənəd təqdim etməsinə ehtiyac qalmayacaq.//Demokrat.az
12:41 / 09 May 2026
21
11:50 / 09 May 2026
63
11:45 / 09 May 2026
54
11:42 / 09 May 2026
242
11:19 / 09 May 2026
59
11:11 / 09 May 2026
114
11:08 / 09 May 2026
55
10:37 / 09 May 2026
766
10:30 / 09 May 2026
86
10:27 / 09 May 2026
59
10:26 / 09 May 2026
55
10:25 / 09 May 2026
55
10:24 / 09 May 2026
56
10:07 / 09 May 2026
82
10:01 / 09 May 2026
66
01:00 / 09 May 2026
131
00:48 / 09 May 2026
378
00:30 / 09 May 2026
424
00:21 / 09 May 2026
390
00:00 / 09 May 2026
148
23:40 / 08 May 2026
141
23:25 / 08 May 2026
3239
23:17 / 08 May 2026
359
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.