Novruz,yoxsa orjinal Yeni il bayramımız!
16 Mart 2026, 10:52
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
1700
03.02.2026, 14:38
Bakıda çıxarış ("kupça") verilməyəcək evlərin siyahısı açıqlanıb.
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova bildirib ki, bəzi ərazilərdəki tikililərin sənədləşdirilməsi qanunla mümkün deyil. Bura aiddir:
* Mühafizə zonaları ərazisindəki evlər;
* Yüksək təzyiqli qaz xətlərinin üzərindəki tikililər;
* Dəmir yolu ərazisində tikilən evlər.
Məsələ ilə bağlı əmlak eksperti Elnur Azadov Oxu24.com-a bildirib ki, 2019-cu ildə mən və bir neçə qrup təşəbbüskarlar bu istiqamətdə çıxış etmişdik:
“2023-cü ilin fevral ayında mən brifinqdə iştirak etdim. Əmlak məsələləri Dövlət Xidməti ilə Ədliyyə Nazirliyi birlikdə gələcəkdə vahid portal üzərində bütün daşınmaz əmlak əməliyyatlarının icra olunması ilə bağlı çıxış etdilər. Hətta gələcəkdə qanunsuz tikililərin də bu portaldan qeydiyyatdan keçməsi ilə bağlı bildirdilər. Artıq 3 il keçib. Hələlik bu istiqamətlə bağlı rəsmi açıqlama yoxdur.
Qanunsuz tikililərin leqallaşması istiqamətində bir çox hüquqi normativlər aparılmalıdır ki, onların əsası bizim ölkədə yoxdur. Bu istiqamətdə bir qərarla, qanunla dəyişiklik etməklə bu problemi kütləvi həll etmək mümkün deyil. Ona görə ki, qanunsuz tikililər müxtəlif hüquqi formada çıxış edir. Bəzi tikililərin isə heç bir sənədi yoxdur. Sənədi olmayan ərazilər də müxtəlif kateqoriyalardan ibarətdir.
Fikrimcə, daha qlobal məsələ mühafizə zolaqlarında dəmir yolları xətlərinə, kommunikasiya xətlərinə yaxın və ya altında tikilən evlərdir. Lakin bu tikililərin leqallaşması mümkün olmayacaq. Onların sayı ölkədə 100 mindən çoxdur ki, az deyil. Misal olaraq, Nərimanov rayonunun Keşlə qəsəbəsi yaxınlığında təxminən 1 il öncə kütləvi söküntü ilə bağlı 150-200-ə yaxın ev var idi. Onların hökümət tərəfindən sökülməsi ilə bağlı xəbər yayıldı. Düşünürəm ki, bu kimi halların gələcəkdə də təkrarlanması qaçılmazdır",-deyə ekspert bildirib.
Bəs insanlar hüquqi baxımdan hansı çətinliklərlə üzləşir?
"İlk növbədə deyək ki, çıxarışı olmayanlar qeydiyyata düşə bilmir. Qeydiyyata düşə bilmədiyi üçün ərazi üzrə səsvermə hüququndan məhrum olur, mülkiyyəti tanınmır.
Yeni tikili binalarda bəzən olur ki, binaya xidmət göstərən mühafizə və ya digər xidmətlər komendantda yığılıb qalır, ödənilmir. Mülkiyyətçisi dəyişəndən sonra komendant əvvəlki borcları sahibkara təqdim edir.
Qanunsuz tikililərdə yaşayan vətəndaşlar üçün alternativ həll yolları individual məsələdir.
Əgər bələdiyyələr tərəfindən kütləvi şəkildə hansı əraziyə çıxarış təmin olunubsa, həmin çıxarış sırf yaşayış məntəqələri adı altında yaşayış məqsədilə verilib.
2023-2024-cü ilin oktyabrında ölkədə torpaqların təyinatının dəyişdirilməsi ilə, kateqoriyaların dəyişilməsi ilə bağlı artıq fərman imzalanıb. Həmin fərman 2025-ci ilin yanvar ayından qüvvəyə minib. Vətəndaşlar torpaqların təyinatı uyğun gəlməyən ərazilərdə tikilmiş evlərin təyinatının dəyişilməsi ilə bağlı ilkin əsaslar var. Bəzən şəhər planlaması düzgün olmadığına görə həmin torpaqların təyinatının dəyişilməsi mümkün olmur. Bura da artıq vətəndaşların kütləvi müraciət lazımdır.
Vaxtilə qanunsuz tikililərin tikilməsinə müdaxilənin olmaması dövlət strukturlarının aparmalı olduğu işlərlə bağlıdır”,-deyə əmlak eksperti Elnur Azadov qeyd edib.
Çimnaz Telmanqızı
10:02 / 17 Mart 2026
1
09:28 / 17 Mart 2026
57
09:26 / 17 Mart 2026
37
00:58 / 17 Mart 2026
233
00:42 / 17 Mart 2026
301
00:19 / 17 Mart 2026
441
23:59 / 16 Mart 2026
96
23:56 / 16 Mart 2026
320
23:55 / 16 Mart 2026
97
23:51 / 16 Mart 2026
112
23:49 / 16 Mart 2026
263
23:42 / 16 Mart 2026
120
23:39 / 16 Mart 2026
289
23:36 / 16 Mart 2026
1595
23:33 / 16 Mart 2026
137
23:28 / 16 Mart 2026
3575
23:22 / 16 Mart 2026
152
23:15 / 16 Mart 2026
2596
23:14 / 16 Mart 2026
226
22:55 / 16 Mart 2026
2885
22:54 / 16 Mart 2026
538
22:41 / 16 Mart 2026
195
22:25 / 16 Mart 2026
378
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.