Pul axını başladı - Bu bürclər zənginləşə bilər
08 May 2026, 17:45
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
610
01.04.2026, 16:11
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Misirin Dövlət Neft Korporasiyası (EGPC) arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən çərçivə müqaviləsi imzalanıb.
Bu barədə Oxu24.com-a SOCAR-dan məlumat verilib.
Bildirilib ki, imzalanma mərasimi 9-cu Misir Beynəlxalq Enerji Konfransı və Sərgisi ("EGYPS 2026") çərçivəsində baş tutub.
Tədbirdə enerji təhlükəsizliyi, dayanıqlı inkişaf, bərpaolunan enerji mənbələri və müasir texnologiyaların tətbiqi kimi aktual məsələlər müzakirə olunub.
SOCAR-ın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov "EGYPS 2026" çərçivəsində "Qlobal ticarət axınlarının yenidən formalaşdırılması" mövzusunda təşkil olunan panel müzakirələrində çıxış edib. O, çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm roldan, bu xüsusda ölkəmizin təşəbbüsü ilə icra olunan enerji layihələrinin, o cümlədən Cənub Qaz Dəhlizinin əhəmiyyətindən bəhs edib.
Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan Trans-Adriatik Boru Kəmərinin (TAP) 2020-ci ilin dekabrında tam istismara verildiyini xatırladan vitse-prezidentin müavini bu gün Azərbaycan qazının 10-u Avropa İttifaqının üzvü olmaqla ümumilikdə 16 ölkəyə tədarük olunduğunu bildirib. 2025-ci ildə Avropa istehlakçılarına təxminən 13 milyard kubmetr Azərbaycan qazı çatdırılıb ki, bu da 2021-ci il ilə müqayisədə təxminən 60 % artım deməkdir.
11:11 / 12 May 2026
1
11:06 / 12 May 2026
13
11:02 / 12 May 2026
54
10:56 / 12 May 2026
29
10:55 / 12 May 2026
14080
10:49 / 12 May 2026
58
10:40 / 12 May 2026
39
10:32 / 12 May 2026
37
10:30 / 12 May 2026
40
10:25 / 12 May 2026
68
10:23 / 12 May 2026
43
10:21 / 12 May 2026
48
10:12 / 12 May 2026
50
10:00 / 12 May 2026
358
09:45 / 12 May 2026
63
09:44 / 12 May 2026
48
09:35 / 12 May 2026
92
09:09 / 12 May 2026
177
08:55 / 12 May 2026
275
00:26 / 12 May 2026
2394
00:06 / 12 May 2026
407
23:58 / 11 May 2026
215
23:54 / 11 May 2026
768
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.