Natiq Əliyevin qızından şikayətçi olan da general imiş
12 Noyabr 2026, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
55
12.11.2026, 13:16
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz kəsilməsi və emalı ilə məşğul olan şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat keçirib.
Oxu24.com xəbər verir ki, bu barədə DİN və ETSN birgə məlumat yayıb.
Bildirilib ki, Baş İdarəyə Şəki rayonunun Kiş kəndi ərazisində qiymətli ağac növlərinin qanunsuz olaraq kütləvi şəkildə kəsilməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlərlə ağacları qanunsuz kəsməkdə şübhəli bilinən rayon sakinləri Hümmət Feyzullayev, Nüyvər Babayev, Sərxan Hümmətov, Taleh Abdullayev, Rüstəm Məhərrəmov və Qəmlo Nəsirli müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, həmin şəxslər ağacları qanunsuz kəsərək emal etdikdən sonra satışını həyata keçiriblər. Əraziyə baxış zamanı saxlanılan şəxslər tərəfindən kəsilən 100-dən artıq fıstıq ağacının kökləri aşkarlanıb. Ekspertlərin rəyinə əsasən, qanunsuz olaraq kəsilən ağacların bəzilərinin 100-150 yaşında olduğu müəyyən edilib.
Qanunsuz ağackəsmə hallarının qarşısının alınması, belə faktların vaxtında aşkarlanması və digər təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində araşdırmalar və nəzarət tədbirləri davam etdirilir.
Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, ağacların və digər yaşıllıqların qanunsuz kəsilməsi, məhv edilməsi və zədələnməsi yolverilməzdir. Bu cür əməllər təbiətə və ekoloji tarazlığa zərər vurmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə səbəb ola bilər.
Vətəndaşlardan yaşıllıqların qorunmasına həssas yanaşmaları, belə hallarla rastlaşdıqda dərhal polisə məlumat vermələri xahiş olunur.
13:21 / 12 Noyabr 2026
1
13:20 / 12 Noyabr 2026
16
13:18 / 12 Noyabr 2026
11
13:07 / 12 Noyabr 2026
147
13:04 / 12 Noyabr 2026
45
13:00 / 12 Noyabr 2026
48
12:40 / 12 Noyabr 2026
55
12:25 / 12 Noyabr 2026
92
12:05 / 12 Noyabr 2026
94
11:55 / 12 Noyabr 2026
99
11:50 / 12 Noyabr 2026
115
11:36 / 12 Noyabr 2026
90
11:35 / 12 Noyabr 2026
100
11:34 / 12 Noyabr 2026
149
11:31 / 12 Noyabr 2026
95
11:24 / 12 Noyabr 2026
436
11:21 / 12 Noyabr 2026
93
11:19 / 12 Noyabr 2026
211
11:05 / 12 Noyabr 2026
97
11:00 / 12 Noyabr 2026
103
10:45 / 12 Noyabr 2026
116
10:39 / 12 Noyabr 2026
128
10:36 / 12 Noyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.