Azərbaycanda məktəb direktoru vəfat edib
08 Yanvar 2026, 09:42
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
9183
18.10.2025, 09:55
"...Biz onlarla düşmənik".
Son günlər medianın əsas müzakirə mövzusu Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində ittihamlar və onun ev dustaqlığına məhkum edilməsi ictimai rezonans doğurub.
Müzakirə edilən mövzulardan biri də Ramiz Mehdiyevin vaxtı ilə "krişalıq" etdiyi şəxslərlə bağlıdır. Onun malı-mülkü,villaları,ailə biznesi də günlərdir gündəm yaradıb.
Oxu24.com-a məlumat verən mənbə bildirib ki,Ramiz Mehdiyevin sıx biznes əlaqələri olduğu şəxslərdən biri də keçmiş deputat,hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Əsabil Qasımovdur.
Mənbənin bildirdiyinə görə, Əsabil Qasımov uzun müddət Ramiz Mehdiyevin kürəkəni ,sabiq millət vəkili,sahibkar İlham Əliyevlə iş birliyində olub.Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin bu iş birliyi Əsabil Qasımova məxsus "Karat Holdinq" də qeyri-rəsmi şərik olmaqla başlayıb.
"Karat Holdinq" MMC 14 mart 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 430 manatdır. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 201-də yerləşir. Holdinqin qanuni təmsilçisi Umudov İqdam Əliş oğludur.
Ondan əvvəl şirkəti Əsabil Qasımov təmsil edib. Ümumiyyətlə, "Karat Holdinq"in sahibi kimi Əsabil Qasımovun adı çəkilir.
Əsabil Qasımov Milli Məclisin IV çağırış deputatı olub. O, parlamentdə 79 saylı İmişli seçki dairəsini təmsil edib.
Həmçinin oxuyun
İqdam Umudov Əsabil Qasımovun qaynıdır.
Keçmiş deputatın biznesi "Karat Holdinq"lə məhdudlaşmır. Mediada gedən məlumatlara görə, Əsabil Qasımovun "Karat Holdinq" MMC-dən başqa aşağıdakı şirkətləri var:
- "Karat" MTK
- "İdeal” MMC
- "Azİnvest” Tikinti Şirkəti
- "Everest-M”
- "Şin Servis”
- "Karmen” MMC (Un dəyirmanı)
- Hökməli Makaron Fabriki
- Hökməli Kisə Fabriki
- "ASTE”L MMC (Quşçuluq fabrikləri)
- Gəncədə "Fatoğlu” un dəyirmanı
- Bakıda "Marina Plaza” oteli
- Bakıda "Premium” market
Oxu24.com-un əldə etdiyi məlumata görə,Ramiz Mehdiyev "vurulduqdan" sonra "Karat Holdinq" üzərində nəzarəti zəifləyib.
Oxu24.com məlumatı dəqiqləşdirmək üçün sabiq millət vəkili,hazırda bizneslə məşğul olan Əsabil Qasımovun özü ilə əlaqə saxlayıb.
Əsabil Qasımov Ramiz Mehdiyevin və kürəkəni İlham Əliyevin adını eşidər,eşitməz onlarla düşmən olduğunu bildirib.
"Ölkə başçısından tutmuş,nazirlərə qədər hər kəsə məlumdur ki,biz onlarla düşmənik.2019-cu ildə oğlum rəhmətə getdi.Bir adam ki,oğlumun yasına gəlmədi,başsağlığı vermədi,belə dostluq,şəriklik ola bilər?Mənim heç oğlumla şərikliyim yoxdur.Yeddi qardaşım var.Onların mənimlə heç bir şərikliyi yoxdur.Kefiniz nə istəyir yazın...Yazın ki,bütün şirkətim onlara məxsusdur...Ən savadsız insan bunu başa düşərdi ki,biz onlarla düşmənik...Mən onunla sadəcə olaraq deputat kimi Milli Məclisdə oturmuşuq...O illərdə münasibətimiz olub",-deyə Əsabil Qasımov saytımıza bildirib.
Miri Məcidli
01:51 / 15 Yanvar 2026
105
00:59 / 15 Yanvar 2026
76
23:58 / 14 Yanvar 2026
105
23:54 / 14 Yanvar 2026
122
23:39 / 14 Yanvar 2026
119
23:35 / 14 Yanvar 2026
86
23:30 / 14 Yanvar 2026
130
23:23 / 14 Yanvar 2026
78
23:18 / 14 Yanvar 2026
373
23:10 / 14 Yanvar 2026
1114
23:08 / 14 Yanvar 2026
601
23:05 / 14 Yanvar 2026
209
23:02 / 14 Yanvar 2026
1027
22:59 / 14 Yanvar 2026
124
22:52 / 14 Yanvar 2026
89
22:48 / 14 Yanvar 2026
482
22:43 / 14 Yanvar 2026
83
22:31 / 14 Yanvar 2026
238
22:26 / 14 Yanvar 2026
274
22:26 / 14 Yanvar 2026
136
22:21 / 14 Yanvar 2026
80
22:13 / 14 Yanvar 2026
116
22:10 / 14 Yanvar 2026
173
22:01 / 14 Yanvar 2026
1026
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.