Baş prokuror Yardımlıda vətəndaşları qəbul edəcək
30 İyun 2025, 10:18
Qaynar xətt:
(+99450) 247 90 86Rəşad Məciddən cavab
REDAKTORUN SEÇİMİ
321
09.06.2025, 13:55
"Təəssüf edirəm ki, Akademik Milli Dram Teatrında aktyorlar və teatr rəhbərliyi arasında münasibətlər yaradıcılıq müstəvisindən çıxıb, ictimaiyyətin də arzulamadığı cılız intriqalara yönəlir. Belə xırda intriqaların mətbuata çıxarılması isə ilk növbədə ehtiram bəslədiyimiz sənət adamlarının nüfuzuna xələl gətirir".
Oxu24.com xəbər verir ki, bu fikirlər Mətbuat Şurasının sədri Rəşad Məcidin Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nura cavab məktubunda yer alıb.
Məktubda bildirilib ki, Mətbuat Şurasının hansısa media subyektinin, yaxud jurnalistin yaradıcılıq azadlığını məhdudlaşdırmaq kimi səlahiyyəti yoxdur.
"İkincisi, mən özüm də bir il Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvü olmuşam. Teatrın aktyorları ilə gözəl təmaslarım, hər birinə dərin hörmətim var. Sənət adamları mənim üçün böyük dəyərdir. Bu dəyər tərəfkeşlik kimi primitiv saydığım əmələ qurban verilə bilməz.
Şəxsi mövqeyimə gəldikdə, mən sənət cameəsindəki intriqaların ictimai müzakirələr müstəvisinə çıxmasının tərəfdarı deyiləm. Fikrimcə, cəmiyyətə örnək şəxslərin adları yalnız onların yaradıcılıqları müstəvisində gündəmə gəlməlidir. Akademik Milli Dram Teatrı kollektivinin üzvləri də bu kateqoriyadan olan şəxslərdirlər. Arzu edərdim ki, onlar teatrın daxili problemlərinə, qəlizləşən münasibətlərə teatrın özündə müzakirələrlə aydınlıq gətirsinlər, çıxış yolları tapsınlar. Belə yanaşma daha optimaldır, ziyalı ampluasına xas davranışdır, ən əsası daha etikdir".
R.Məcid bildirib ki, Mətbuat Şurasının fəaliyyət prinsiplərində əsas olan medianın, habelə cəmiyyətin maraq və mənafelərinin qorunmasıdır.
"Biz daim buna əməl etməyə çalışırıq. Sonda bir daha kin və qəzəbin səmimi münasibətləri üstələməyəcəyinə böyük ümidimi, sənət adamlarımızın təmkininə inam və ehtiramımı bildirirəm",- Şuranın sədri qeyd edib.
Həmçinin oxuyun
Qeyd edək ki, Xalq artisti Əli Nur Rəşad Məcidə ünvanladığı məktubunda teatrda son zamanlar baş verənləri ətraflı yazaraq, ona suallar ünvanlayıb.
"Uzun müddətdir ki, mən və digər həmkarlarım Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin fəaliyyəti ilə bağlı baş verən hadisələr barədə mətbuata açıqlamalar veririk. Əvvəllər bu açıqlamalarımız bütün xəbər saytlarında yayımlanırdı. Lakin Fizuli Hüseynovla yaşadığım insidentlə bağlı verdiyim son açıqlamada bildirdim ki, baş verənlər Mehriban Ələkbərzadənin təhriki ilə olub. Maraqlıdır ki, bu dəfə saytlar həmin açıqlamanı yayımlayarkən onun adını xüsusi olaraq çıxarıblar.
Azərbaycan Mətbuat Şurasının sədri kimi sizə açıq suallar ünvanlayıram:
1. Nəyə görə Mehriban Ələkbərzadə mətbuat tərəfindən qorunur?
2. Onun özbaşınalıqlarının ört-basdır edilməsi ilə bağlı mətbuata göstərişi kim verib?
3. Mehriban Ələkbərzadə ilə olan dostluq münasibətiniz, cənab Prezident tərəfindən sizə etibar edilən vəzifənin məsuliyyətini obyektiv şəkildə daşımağınıza mane olurmu?
Əgər bu suallara şəxsən sizin tərəfinizdən cavab verilməz və ictimaiyyətə aydınlıq gətirilməzsə, söz azadlığımıza qoyulan məhdudiyyətlərin birbaşa sizin nəzarətiniz və müdaxilənizlə həyata keçirildiyini düşünmək üçün ciddi əsaslarımız olacaq", - məktubda bildirilib.
23:39 / 04 İyul 2025
İzmirin keçmiş bələdiyyə sədri həbs edildi
1
23:29 / 04 İyul 2025
Rusiyada azərbaycanlı deputatın maaşını kəsdilər - ŞOK SƏBƏB
10
23:17 / 04 İyul 2025
Ali Məhkəmə Plenumunun iclası keçirildi
10
22:49 / 04 İyul 2025
Namiq Həsənov vəzifəsindən azad edildi
18
22:32 / 04 İyul 2025
3 uşağın meyiti tapıldı — Azərbaycanda tükürpədici hadisənin DETALLARI
782
22:30 / 04 İyul 2025
Rəhman Rəhmanovun şikayətinə TƏBİB-dən reaksiya - yenilənib - VİDEO
16
22:27 / 04 İyul 2025
Leyla Əliyevadan qızı ilə paylaşım - Fotolar
181
22:11 / 04 İyul 2025
İlham Əliyevin Xankəndində Ərdoğan və Şahbaz Şəriflə səmimi söhbəti - VİDEO - FOTO
27
21:33 / 04 İyul 2025
İlham Əliyev Pezeşkianı Şuşa şəhəri ilə tanış edib - VİDEO
27
21:17 / 04 İyul 2025
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
79
20:52 / 04 İyul 2025
Bu tarixdə Azərbaycanda istilər başlayacaq
602
20:49 / 04 İyul 2025
KİV: Ermənistan Rusiyaya nota verib
35
20:40 / 04 İyul 2025
Azərbaycanda tanınmış şair xəstəxanaya yerləşdirildi - FOTO
46
20:11 / 04 İyul 2025
Şəmkirdə göldə batan 3 azyaşlının meyiti tapıldı - yenilənib
61
19:47 / 04 İyul 2025
Pezeşkian: Azərbaycan-İran əlaqələrində yeni səhifə açılıb
44
18:40 / 04 İyul 2025
İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər
43
18:36 / 04 İyul 2025
32 saatlıq əməliyyatı edən həkim danışdı
49
18:33 / 04 İyul 2025
Ali Məhkəmə qərar qəbul edib
49
18:25 / 04 İyul 2025
İlon Maskın nüfuzu artır
39
18:10 / 04 İyul 2025
Trampın qərarları bir milyondan çox insanı aclıq təhlükəsi ilə üz-üzə qoyur
44
17:53 / 04 İyul 2025
Ermənilər Rusiyanın Birinci Kanalını ittiham edir
46
17:48 / 04 İyul 2025
Polşa prezidenti Ukraynanı “xilas edən” ölkənin adını açıqlayıb
63
17:45 / 04 İyul 2025
Diqqət! Yol bağlanır
46
17:37 / 04 İyul 2025
Maşın kişini havaya "uçurtdu" — Dəhşətli VİDEO
365
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.