Qaynar xətt:

(+99450) 247 90 86

Mindən çox əsiri düşməndən xilas edən Milli Qəhrəmanın doğum günüdür

Mindən çox əsiri düşməndən xilas edən Milli Qəhrəmanın doğum günüdür

QARABAĞ

2043

22.04.2018, 11:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, \"Qarabağ\" futbol klubunun keçmiş baş məşqçisi Allahverdi Bağırovun doğum günüdür.
Oxu24.com-un  məlumatına görə, Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həm də, Ağdamın \"Qarabağ\" futbol klubunun şərəfini qoruyub. 1976-cı ildə klubun baş məşqçisi təyin olunub və həmin ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub. 1991-ci ilin 1 oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradılıb. Eldar Bağırovun rəhbərlik etdiyi hərbi hissə Ağdam Ərazi Özünümüdafiə taboru idi. 760 nəfərlik olan batalyon \"Vətən oğulları\" adlanırdı. Həmin ildə onun qardaşı Eldar yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilib. Qardaşı Eldarın ölümündən sonra Bağırov saqqal saxlayır, batalyona rəhbərlik edib.
1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edib, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləyib, Pircamal kəndindəki bütün yüksəklikləri tutub, Kətük kəndi ilə üzbəüz mövqe qurub. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olub. Bu əməliyyata görə Allahverdi Bağırov \"General Məhəmməd Əsədov\" mükafatına layiq görülüb. Allahverdi Bağırovun ən böyük hərbi uğuru 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olub. Aranzəmin kəndi üzrə döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əsgərini məhv edib və 10 düşmən əsgərini əsir götürüb. Bağırovun Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid verib. A.Bağırov üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edib. Bağırov 1992-ci ildə, o vaxt işğaldan azad olunan Əsgəranın Naxçıvanik kəndindən Ağdama geri qayıdarkən yolda minaya düşərək şəhid olub. O, doğulduğu Ağdam rayonunda dəfn edilib. Bəzi məlumatlara görə, Bağırov həlak olanda Bakıdakı Şəhidlər Xiyabanında ona qəbir qazılmışdı. Lakin müəyyən səbəblərdəbn o, qardaşı Eldar Bağırovun yanında - Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Qazaxıstan Respublikasının Xarici İşlər naziri arasında görüş keçirilib  

12:21 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Qazaxıstan Respublikasının Xarici İşlər naziri arasında görüş keçirilib  

51

0
Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar  

12:15 / 05 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar  

59

0
Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar 

12:04 / 05 Oktyabr 2026

DÜNYA DÜNYA

Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar 

78

0
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib 

12:03 / 05 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib 

54

0
Rusiyada yoluxucu xəstəlik yayılıb,karantin ELAN EDİLDİ

12:00 / 05 Oktyabr 2026

TİBB TİBB

Rusiyada yoluxucu xəstəlik yayılıb,karantin ELAN EDİLDİ

72

0
Nobelçi Şoloxovu müalicə edən azərbaycanlı həkim NƏLƏRİ DANIŞDI?

11:55 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nobelçi Şoloxovu müalicə edən azərbaycanlı həkim NƏLƏRİ DANIŞDI?

73

0
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib 

11:50 / 05 Oktyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib 

61

0
Xalası oğlu tərəfindən öldürülən Milanın FOTOSU

11:42 / 05 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Xalası oğlu tərəfindən öldürülən Milanın FOTOSU

83

0
Dövlət Xidmətinin 144 əməkdaşının işi prokurorluğa göndərilib 

11:39 / 05 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Dövlət Xidmətinin 144 əməkdaşının işi prokurorluğa göndərilib 

64

0
Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılır, səlahiyyətləri müəyyənləşir 

11:31 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılır, səlahiyyətləri müəyyənləşir 

58

0
Bu ölkə Rusiya sərhədinə qoşun yığdı

11:28 / 05 Oktyabr 2026

DÜNYA DÜNYA

Bu ölkə Rusiya sərhədinə qoşun yığdı

64

0
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır 

11:22 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır 

69

0