Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş
15 Noyabr 2026, 01:10
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
330
05.10.2026, 12:04
Rusiyada yaşayan məşhur iş adamı, “Peton Holding”in həmtəsisçilərindən olan Emin Axundovu şantaj edib 3 milyon dollar pulunu və 10 milyonluq əmlakını ələ keçiriblər.
Oxu24.com xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir neçə il əvvəl baş verən bu hadisəyə görə indi daha 2 nəfərə cinayət işi açılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılan istintaqla təqsirkarlardan biri-Hikmət Vəliyev xaricdə tutularaq ölkəyə gətirilib, barəsində həbs qətimkan tədbiri seçilib. Onunla birgə təqsirləndirilən Ramil Tağıyev isə məhkəməyə qədər azadlıqdadır.
Nə baş verib?
Emin Axundovu əvvəlcə tanışı Ramil Tağıyev aldadıb. O, Axundovu inandırıb ki, rayonlardan birində özünə məxsus torpaq sahəsində istirahət kompleksi tikərək onun adına keçirəcək. Bu məqsədlə Ramil Emin Axundovdan ümumilikdə 870 min manat alıb. Lakin vədinə əməl etməyib, pulu şəxsi ehtiyaclarına xərcləyib.
Lakin məsələ bununla bitməyib. Sonradan biznesmenə qarşı şantaj başlayıb.
Emin Axundovun külli miqdarda pula və çoxsaylı daşınmaz əmlaka sahib olduğunu öyrənən Ramil var-dövləti hədə-qorxu ilə ələ keçirmək qərarına gəlib. Bu məqsədlə o, tanışı Hikmət Vəliyev və Emin Axundovun doğma əmisi oğlu Vüsal Axundovla sövdələşib.
Onlar Emin Axundov haqda şəxsi, ailə və biznes məlumatları toplayaraq onu şantaj etməyə başlayıblar. Üçlük biznesmeni ailə üzvlərinin həyatı ilə hədələyərək ondan 20 milyon dollar pul tələb ediblər. Bu məbləğin 3 milyon dollarını ələ keçirə biliblər. Amma şantaj bununla da bitməyib. Növbəti mərhələdə Emin Axundova məxsus bir neçə daşınmaz əmlak da hədə-qorxu ilə Hikmət Vəliyevin yaxın qohumlarının adlarına keçirilib.
Belə ki, Buzovna qəsəbəsində yerləşən və 3 milyon manat dəyərində olan 2 hektar torpaq sahəsi Hikmət Vəliyevin həyat yoldaşının, 1 milyon 380 min manatlıq torpaq sahəsi isə başqa qohumunun adına keçirilib. Bundan əlavə, Emin Axundovun Çexiyanın Karlovi Vari şəhərində yerləşən, 1,5 milyon manat dəyərindəki torpaq sahəsi, Bakı şəhəri Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən 450 min manat dəyərində torpaq sahəsi və üzərindəki villa da biznesmenin əlindən alınıb.
Ümumilikdə Emin Axundovdan alınan pul və əmlakın ümumi dəyəri 11 milyon manatdan çoxdur.
Bu cinayətdə iştirak edən zərərçəkmişin əmisi oğlu Vüsal Axundov hadisə baş verəndən qısa müddət sonra həbs edilib və 14 il azadlıqdan məhrum olunub.
Bir müddət əvvəl isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi üzrə istintaq yenilənib. Hazırda Hikmət və Ramil məhkəməni gözləyirlər. Təqsirləri sübuta yetirilsə, onları da 14 il həbs cəzası gözləyir.
Qeyd edək ki, zərərçəkmiş iş adamı Emin Axundov vaxtaşırı medianın gündəminə gəlib. Bir neçə il əvvəl onun Rusiyadan Bakıya çamadanlarla pul daşıdığı barədə məlumat yayılıb.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.