Bakıda məktəbdə insident: Yaralılar və saxlanılanlar var
28 Oktyabr 2026, 22:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
229
05.10.2026, 12:03
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib.
Oxu24.com xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi və Azərbaycan dilində dedi: “Zati-aliləri cənab Prezident, Avstriyanın Bakıdakı yeni səfiri olaraq öz etimadnaməmi Sizə təqdim etməkdən şərəf duyuram”.
Səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan dilini daha yaxşı öyrənəcəyinə ümidvarlığını bildirdi.
Dövlətimizin başçısı səfirin Azərbaycan dilində danışmasından məmnunluğunu ifadə etdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi dialoq, iqtisadi, qarşılıqlı sərmayələr, mədəniyyət və digər sahələrdə əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyi ifadə etdi, Azərbaycanda uzun illərdir ki, Avstriya şirkətlərinin fəaliyyət göstərdiyini deyərək, perspektivdə onların sayının artmasının önəminə toxundu.
Dövlətimizin başçısı iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan bəri qarşılıqlı hörmətə əsaslanan əlaqələrimizin inkişaf etdiyini dedi.
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.
Səfir ikitərəfli münasibətlərimizin genişləndirilməsi istiqamətində səylə çalışacağını qeyd etdi.
Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmələrin və parlamentlərarası əlaqələrin münasibətlərimizin inkişafındakı roluna toxunuldu, Azərbaycanın və Avstriyanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının önəmi vurğulandı.
Görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfə qeyd edildi, bu xüsusda cari ilin yanvarından Azərbaycan təbii qazının Avstriyaya tədarükünə başlanması məmnunluqla xatırlandı.
07:33 / 29 Oktyabr 2026
96
07:32 / 29 Oktyabr 2026
94
01:47 / 29 Oktyabr 2026
844
01:20 / 29 Oktyabr 2026
796
01:13 / 29 Oktyabr 2026
308
00:04 / 29 Oktyabr 2026
570
23:58 / 28 Oktyabr 2026
133
23:54 / 28 Oktyabr 2026
22882
23:53 / 28 Oktyabr 2026
887
23:46 / 28 Oktyabr 2026
158
23:33 / 28 Oktyabr 2026
311
23:20 / 28 Oktyabr 2026
190
23:19 / 28 Oktyabr 2026
684
23:14 / 28 Oktyabr 2026
110
23:10 / 28 Oktyabr 2026
153
22:50 / 28 Oktyabr 2026
1459
22:45 / 28 Oktyabr 2026
113
22:37 / 28 Oktyabr 2026
107
22:33 / 28 Oktyabr 2026
105
22:29 / 28 Oktyabr 2026
475
20:59 / 28 Oktyabr 2026
104
20:36 / 28 Oktyabr 2026
137
20:29 / 28 Oktyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.