Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
05 Oktyabr 2026, 09:06
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
348
05.10.2026, 10:11
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyev və onun köməkçisi olmuş Eldar Əmirovun bu gün məhkəmə istintaqı başlayır.
Oxu24.com xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Murad Aslanovun sədrlik etdiyi kollegiyada baxılacaq.
Hakimlər heyətinin tərkibində Firdovsi Əliyev və Namiq Kərimov təmsil olunur.
Bu gün keçirilən iclasda dövlət ittihamçısının ittiham aktını açıqlayacağı, təqsirləndirilən şəxslərin ifadəsinin başlanacağı gpzlənilir.
Xatırladaq ki, Ramiz Mehdiyev və onun köməkçisinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 21-də keçirilib.
Qeyd edək ki, cinayət işi üzrə ibtidai istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılıb.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.
Bu cinayət işi çərçivəsində daha sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barəsində də cinayət işi başlanılıb.
Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Əli Kərimli və Məmməd İbrahimlinin cinayət işi ayrıca icraata götürülüb.
11:02 / 05 Oktyabr 2026
8
10:57 / 05 Oktyabr 2026
14
10:56 / 05 Oktyabr 2026
19
10:53 / 05 Oktyabr 2026
27
10:51 / 05 Oktyabr 2026
31
10:48 / 05 Oktyabr 2026
31
10:44 / 05 Oktyabr 2026
47
10:34 / 05 Oktyabr 2026
296
10:30 / 05 Oktyabr 2026
49
10:28 / 05 Oktyabr 2026
60
10:24 / 05 Oktyabr 2026
56
10:13 / 05 Oktyabr 2026
63
10:09 / 05 Oktyabr 2026
51
10:07 / 05 Oktyabr 2026
48
10:03 / 05 Oktyabr 2026
48
09:57 / 05 Oktyabr 2026
56
09:54 / 05 Oktyabr 2026
55
09:06 / 05 Oktyabr 2026
55
08:40 / 05 Oktyabr 2026
77
03:44 / 05 Oktyabr 2026
231
01:03 / 05 Oktyabr 2026
1655
01:01 / 05 Oktyabr 2026
116
00:56 / 05 Oktyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.