Kəlbəcərdə iməcilik keçirilib
12 Noyabr 2026, 18:15
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
326
04.10.2026, 19:23
4 oktyabr – Cəbrayıl Şəhəri Günü münasibəti ilə uşaqlar üçün rəssamlıq üzrə ustad dərsləri, yaradıcılıq sərgisi, kukla teatrı tamaşası və sakinlər üçün təntənəli konsert proqramından ibarət tədbir təşkil olunub.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən Oxu24.com -ya verilən məlumata görə, şəhər günü çərçivəsində uşaqların hazırladığı rəsm və digər əl işlərindən ibarət yaradıcılıq sərgisi, həmçinin iştirakçılar üçün rəssamlıq üzrə ustad dərsləri keçirilib. Səyyar Kukla Teatrı tərəfindən uşaqlar üçün tamaşa təqdim olunub.
Şəhər sakinləri və qonaqlar üçün təşkil edilən təntənəli konsert proqramında Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri və rəqs ansamblı çıxış edib. Proqram çərçivəsində Azərbaycan bəstəkarlarının əsərləri, milli musiqi nümunələri, vokal və instrumental ifalar, eləcə də Azərbaycan milli rəqsləri təqdim olunub.
Cəbrayıl Şəhəri Günü tədbiri Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Mədəniyyət Nazirliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, hər il oktyabrın 4-ü Cəbrayıl Şəhəri Günü kimi qeyd olunur.





14:24 / 14 Noyabr 2026
21
14:19 / 14 Noyabr 2026
39
14:15 / 14 Noyabr 2026
43
14:09 / 14 Noyabr 2026
115
13:50 / 14 Noyabr 2026
865
13:48 / 14 Noyabr 2026
93
13:16 / 14 Noyabr 2026
86
13:03 / 14 Noyabr 2026
92
12:49 / 14 Noyabr 2026
116
12:25 / 14 Noyabr 2026
107
12:09 / 14 Noyabr 2026
121
11:58 / 14 Noyabr 2026
119
11:50 / 14 Noyabr 2026
102
11:39 / 14 Noyabr 2026
101
11:32 / 14 Noyabr 2026
110
11:19 / 14 Noyabr 2026
120
11:09 / 14 Noyabr 2026
115
11:00 / 14 Noyabr 2026
135
10:58 / 14 Noyabr 2026
120
10:46 / 14 Noyabr 2026
132
10:36 / 14 Noyabr 2026
126
10:17 / 14 Noyabr 2026
117
09:59 / 14 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.