Paytaxtın bu ərazilərində işıq olmayacaq - Xəbərdarlıq
29 Oktyabr 2026, 08:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
241
05.10.2026, 10:30
Bu səhər şəhər də birbaşqa idi.
Havanın havasın köksünə sıxıb,
Biraz kövrək, biraz qəmli gözlərlə
Nəmli göylərə boylanırdı.
Buludlar da ağlamaq üçün bəhanə axtarırdı sanki.
Yağışdan islanmış insanlar
Küçələrə səpələnmişdi.
Mən də axına qoşulub,
Sel dənizində itmək, yox olmaq istəyirdim.
Bəlkə də sevmək istəyirdim yağışı.
Akasiyalar da çiçəkləyib,
Sevgi qoxuyur şəhərin küçələri.
Biraz buludlarla dərdləşmək istədim.
Mən kövrəldim, o ağladı.
Sıxdıq kipriklərimizi,
Göz yaşımız sel olana kimi.
Küçə aşağı axan sulara qarışdıq.
Tanrım, boğuldum sərçələrin əyləndiyi gölməçələrdə.
Yanağımda özünə yol açan qoşa damlalar
qovuşacağı məkana çatmaq üçün
nədənsə tələsdilər üzüaşağı axan sular kimi.
Sevinclə kədər arasında körpüyə çevrildilər.
İstədim əl atıb tutam yağışın əlindən.
Yaş idi deyə sürüşüb düşdü ovcumdan.
Qarışdı göllənən, sellənən sulara.
Torpağa qovuşmaq üçün özünü göy üzündən
Yerə atıb intihar etdi damlalar.
Ramidə Yaqubqızı.
08:50 / 29 Oktyabr 2026
14
08:45 / 29 Oktyabr 2026
10
08:30 / 29 Oktyabr 2026
22
07:33 / 29 Oktyabr 2026
177
07:32 / 29 Oktyabr 2026
172
01:47 / 29 Oktyabr 2026
1024
01:20 / 29 Oktyabr 2026
915
01:13 / 29 Oktyabr 2026
331
00:04 / 29 Oktyabr 2026
618
23:58 / 28 Oktyabr 2026
140
23:54 / 28 Oktyabr 2026
23187
23:53 / 28 Oktyabr 2026
1117
23:46 / 28 Oktyabr 2026
169
23:33 / 28 Oktyabr 2026
329
23:20 / 28 Oktyabr 2026
191
23:19 / 28 Oktyabr 2026
713
23:14 / 28 Oktyabr 2026
110
23:10 / 28 Oktyabr 2026
154
22:50 / 28 Oktyabr 2026
1511
22:45 / 28 Oktyabr 2026
115
22:37 / 28 Oktyabr 2026
107
22:33 / 28 Oktyabr 2026
106
22:29 / 28 Oktyabr 2026
480
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.