Cəbrayılda Azərbaycan-Türkiyə Meşəçilik Təhsil Mərkəzi açılıb
10 Noyabr 2026, 21:19
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
775
05.06.2026, 18:53
Azad edilmiş ərazilərə köçürülən sakinlərdən iqtisadi fəal olanların ötən dövrdə artıq 10 623 nəfərinin məşğulluğu təmin edilib.
Bu barədə Oxu24.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 7915 nəfəri ƏƏSMN tərəfindən işəgötürənlərlə sıx əməkdaşlıq şəraitində vakansiyalar üzrə münasib işlərlə təmin edilib. 1828 nəfər isə müxtəlif fəaliyyət sahələri üzrə fərdi məşğul şəxslərdir.
“Həmçinin, 880 nəfər Nazirlik tərəfindən özünüməşğulluq proqramına cəlb edilərək, mal və materiallarla təmin edilməklə kiçik ailə təsərrüfatlarını qurublar. Azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkünlərin Nazirliyin önəmli məşğulluq proqramlarından olan “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı çərçivəsində iş yerləri ilə təminatı da həyata keçirilir.
Qeyd edilən ərazilərdə ötən dövrdə 39 əmək yarmarkası da təşkil olunub. Bu aktiv məşğulluq tədbirlərində sakinlərə ərazidəki mövcud vakansiyalar təqdim edilməklə, onlar əmək bacarıqlarına uyğun vakansiyalar üzrə işlə təmin edilirlər.
Doğma yurdlarına köçürülən sakinlərin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnməsi üçün hazırlıq kursları da təşkil edilir. Ötən dövrdə onlardan 506 sakin bu kurslara cəlb edilib. Kursları başa vuran şəxslər yeni öyrəndikləri peşələr üzrə işlə təminatı da həyata keçirilir.
İşğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə sosial dəstək olaraq, onlara birdəfəlik müavinət (600 manat), hər il 5 gün əlavə məzuniyyət verilir, aylıq vəzifə maaşlarına əlavələr edilir”, - məlumatda deyilir.
01:50 / 11 Noyabr 2026
65
01:00 / 11 Noyabr 2026
101
00:31 / 11 Noyabr 2026
129
23:59 / 10 Noyabr 2026
145
23:57 / 10 Noyabr 2026
152
23:55 / 10 Noyabr 2026
426
23:53 / 10 Noyabr 2026
180
23:47 / 10 Noyabr 2026
1244
23:43 / 10 Noyabr 2026
152
23:39 / 10 Noyabr 2026
162
23:28 / 10 Noyabr 2026
358
23:27 / 10 Noyabr 2026
676
23:17 / 10 Noyabr 2026
1168
23:15 / 10 Noyabr 2026
185
23:00 / 10 Noyabr 2026
137
22:58 / 10 Noyabr 2026
170
22:55 / 10 Noyabr 2026
155
22:35 / 10 Noyabr 2026
142
22:30 / 10 Noyabr 2026
396
22:27 / 10 Noyabr 2026
123
22:19 / 10 Noyabr 2026
154
22:04 / 10 Noyabr 2026
229
21:55 / 10 Noyabr 2026
714
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.