Xəzər dənizində naməlum varlıq görüldü - VİDEO
10 Noyabr 2026, 23:17
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
9603
01.06.2026, 07:25
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə kənd təsərrüfatının daha dayanıqlı və məhsuldar modelə keçidi əsas istiqamətlərdən biri kimi müzakirə olunub. Bu mərhələdə məqsəd yalnız məhsul istehsalını artırmaq deyil, həm də həmin məhsulun saxlanmasını, qablaşdırılmasını və bazara vaxtında çıxarılmasını təmin etməkdir.
Yeni dövlət proqramı çərçivəsində istixana təsərrüfatlarının genişləndirilməsi, azad edilən ərazilərdə aqropark yanaşmasının tətbiqi və logistika infrastrukturunun gücləndirilməsi nəzərdə tutulur. Aqrar sektor üzrə mütəxəssis Yunus Sadıqov bildirir ki, bu hədəflər kənd təsərrüfatını mövsümi istehsaldan ilboyu işləyən sistemə çevirə bilər.
Mütəxəssis qeyd edir ki, istixana təsərrüfatlarının genişləndirilməsi fermerlərə hava şəraitindən daha az asılı olmaq və bazara daha sabit məhsul çıxarmaq imkanı yaradır.
Cəbrayılda yaradılması nəzərdə tutulan "Şərqi Zəngəzur" pilot istixana aqroparkı isə azad edilən ərazilərin iqtisadi dirçəlişi baxımından ayrıca əhəmiyyət daşıyır. Layihə tərəvəzçilik, meyvəçilik və gülçülük istiqamətlərini bir məkanda birləşdirəcək.
Yunus Sadıqovun sözlərinə görə, məhsul istehsalı ilə yanaşı, onun saxlanması və bazara çıxarılması da aqrar zəncirin əsas mərhələlərindəndir. Bu baxımdan əlavə 100 min tonluq soyuducu anbar infrastrukturunun yaradılması məhsul itkilərinin azalmasına və fermerin məhsulu daha münasib vaxtda satmasına imkan verə bilər. 150 min ton tutumlu müasir taxıl siloları isə strateji məhsul olan taxılın saxlanması və ərzaq təhlükəsizliyi baxımından mühüm hesab olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
08:58 / 11 Noyabr 2026
45
08:53 / 11 Noyabr 2026
72
01:50 / 11 Noyabr 2026
307
01:00 / 11 Noyabr 2026
188
00:31 / 11 Noyabr 2026
263
23:59 / 10 Noyabr 2026
227
23:57 / 10 Noyabr 2026
278
23:55 / 10 Noyabr 2026
776
23:53 / 10 Noyabr 2026
285
23:47 / 10 Noyabr 2026
1496
23:43 / 10 Noyabr 2026
256
23:39 / 10 Noyabr 2026
216
23:28 / 10 Noyabr 2026
430
23:27 / 10 Noyabr 2026
1099
23:17 / 10 Noyabr 2026
1691
23:15 / 10 Noyabr 2026
217
23:00 / 10 Noyabr 2026
172
22:58 / 10 Noyabr 2026
214
22:55 / 10 Noyabr 2026
190
22:35 / 10 Noyabr 2026
173
22:30 / 10 Noyabr 2026
532
22:27 / 10 Noyabr 2026
146
22:19 / 10 Noyabr 2026
187
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.