Xəzər dənizində naməlum varlıq görüldü - VİDEO
10 Noyabr 2026, 23:17
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
6815
31.05.2026, 08:32
Sosial şəbəkələrdə Baş Şirvan kollektorunda timsahların üzməsini əks etdirən videolar yayılıb. Lakin ərazidə aparılan araşdırmalar zamanı məlum olub ki, həmin görüntülər həqiqəti əks etdirmir və tamamilə saxtadır.
Oxu24.com xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Çəkiliş qrupu sözügedən ərazidə balıq tutan şəxslərlə həmsöhbət olub. Sakinlər və balıqçılar da internetdə yayılan həmin videolara baxdıqlarını, lakin görüntülərin yalan olduğunu qeyd ediblər. İllərdir həmin ərazidə balıq ovu ilə məşğul olan sakinlərdən biri vəziyyəti belə şərh edib:
"İllərdir biz bu Şirvan kanalında balıq ovlayırıq, buraları gəzirik. Demək olar ki, Azərbaycanın bütün su hövzələrinə bələdik. Yayılan görüntülər tamamilə yalan məlumatlardır. Azərbaycanda, bu iqlimdə timsahın olması qeyri-mümkündür. Sosial şəbəkələrdə paylaşılan o çəkilişlər, böyük ehtimalla, süni intellektlə hazırlanıb və ya başqa ölkələrə məxsusdur. Heç bir inandırıcılığı yoxdur".
Digər bir balıqçı isə ölkədəki Aşağı və Yuxarı Şirvan kanallarını yaxşı tanıdıqlarını, oralarda heç vaxt belə bir canlıya rast gəlinmədiyini vurğulayıb:
"Bu çəkilişi görəndən sonra Yevlax, Kürdəmir, Ağsu və Oğuzun Xalxal ərazisində olan tanış balıqçılarla da görüntüləri paylaşdıq. Hər kəs bilir ki, bu, uydurma informasiyadır. Şirvan kanalında timsah ola bilməz".
09:37 / 11 Noyabr 2026
1
09:35 / 11 Noyabr 2026
15
09:29 / 11 Noyabr 2026
47
09:25 / 11 Noyabr 2026
46
09:24 / 11 Noyabr 2026
51
09:22 / 11 Noyabr 2026
62
09:20 / 11 Noyabr 2026
55
08:58 / 11 Noyabr 2026
99
08:53 / 11 Noyabr 2026
191
01:50 / 11 Noyabr 2026
345
01:00 / 11 Noyabr 2026
196
00:31 / 11 Noyabr 2026
277
23:59 / 10 Noyabr 2026
238
23:57 / 10 Noyabr 2026
287
23:55 / 10 Noyabr 2026
815
23:53 / 10 Noyabr 2026
299
23:47 / 10 Noyabr 2026
1521
23:43 / 10 Noyabr 2026
266
23:39 / 10 Noyabr 2026
222
23:28 / 10 Noyabr 2026
437
23:27 / 10 Noyabr 2026
1143
23:17 / 10 Noyabr 2026
1755
23:15 / 10 Noyabr 2026
224
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.