Xəzər dənizində naməlum varlıq görüldü - VİDEO
10 Noyabr 2026, 23:17
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
713
15.05.2026, 12:17
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti fasiləsiz su təchizatına keçid məqsədilə mövcud su təchizatı sistemində bir sıra təkmilləşdirmələr və yeniliklər həyata keçirir.
Bu barədə Oxu24.com-a ADSEA-dan bildirilib.
Su anbarlarının modernləşdirilməsi, tikintisi, bərpası, texniki qurğuların saz vəziyyətə gətirilməsi, primitiv şəbəkələrin ləğvi, mövcud nasos stansiyaların təkmilləşdirilməsi, yeni güclü nasosların qurulması suyun təzyiqinə və paylanmasına müsbət təsir edib. Su təchizatı şəbəkəsinin avtomatik idarə edilməsi üçün yeni sistemlər də tənzimlənmənin effektivliyini artırıb.
Əvvəllər Binəqədi rayonu üzrə Biləcəri Yeni yaşayış massiv, 1 May qəsəbəsi, Qərb, İlqar Kərimov, Asəf Zeynallı, Tomris küçələri, Biləcəri şosesi ərazisində içməli su təchizatı qrafiklə həyata keçirilirdi.
Fasiləsiz su təminatına keçid məqsədilə mövcud sistemdə bir sıra təkmilləşdirmələr və yeniliklər həyata keçirilib. Biləcəri nasos stansiyasından keçən diametri 1420 mm olan Kür-3 magistral su kəmərinə Oğuz-Qəbələ-Bakı su kəmərindən 700 mm diametrli yeni birləşmə vasitəsilə əlavə su həcmləri ötürülür. Bu birləşmədə Kür-3 magistral kəmərində su həcminin tənzimlənməsindən sonra qeyd olunan ərazilərə 24 saat fasiləsiz suyun verilməsi həyata keçirilib.
Hazırda 24 saat verilən su keyfiyyət və təhlükəsizlik baxımından yüksək standartlara cavab verir. Filtrasiya və təmizləmə sistemləri vasitəsilə suyun keyfiyyəti daim nəzarətdə saxlanılır. Yeni texnoloji avadanlıqlar və avtomatik idarəetmə sistemi su təchizatını fasiləsiz və etibarlı edib.
Fasiləsiz su təchizatına keçid nəticəsində Binəqədi rayonunun qeyd olunan ərazilərində 2600 abonent artıq 24 saat içməli su ilə təmin edilir.
Binəqədi rayonunun sakinləri arasında fasiləsiz su təminatı ilə bağlı sorğu da keçirilib. Sorğunun nəticələrinə əsasən, sakinlərin böyük əksəriyyəti göstərilən xidmətin keyfiyyətindən razı olduqlarını bildiriblər. Onların sözlərinə görə, indiki su təminatı gündəlik məişət şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, əvvəlki dövrlərdə yaranan su qıtlığı və təzyiq problemi isə minimuma enib. Sakinlər xüsusilə qeyd ediblər ki, fasiləsiz su təchizatı həm rahatlığın artmasına, həm də sanitariya və gigiyena şəraitinin daha da yaxşılaşmasına müsbət təsir göstərib.
19:57 / 11 Noyabr 2026
13
19:49 / 11 Noyabr 2026
32
19:43 / 11 Noyabr 2026
46
19:33 / 11 Noyabr 2026
50
19:19 / 11 Noyabr 2026
110
19:07 / 11 Noyabr 2026
86
18:42 / 11 Noyabr 2026
369
18:39 / 11 Noyabr 2026
173
18:35 / 11 Noyabr 2026
149
18:30 / 11 Noyabr 2026
172
18:29 / 11 Noyabr 2026
191
18:23 / 11 Noyabr 2026
130
18:17 / 11 Noyabr 2026
195
18:13 / 11 Noyabr 2026
152
18:06 / 11 Noyabr 2026
687
18:01 / 11 Noyabr 2026
111
17:42 / 11 Noyabr 2026
303
17:40 / 11 Noyabr 2026
191
17:35 / 11 Noyabr 2026
441
17:16 / 11 Noyabr 2026
117
17:13 / 11 Noyabr 2026
259
17:12 / 11 Noyabr 2026
117
16:35 / 11 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.