“İlham baba, olar öz telefonumuzla şəkil çəkdirək?” - Video
23 İyun 2026, 14:09
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
601
20.04.2026, 15:53
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının hərbi Orkestrinin solisti və musiqi-təlimatçısı, vokalçı-bəstəkar gizir Anar İlhamlı Qazilərimizə həsr etdiyi yeni “Qazilər marşı ” nı təqdim etdi.
Oxu24.com xəbər verir ki, marşın sözləri, Azərbaycan yazıçılar birliyinin,İraq-Türkmən yazıçılar birliyinin üzvü, Filologiya üzrə fəlsəfə doktoru, şairə Adilə Nəzərə aiddir.
“Qaziləri salamlayıram” adlı bu şeir məni çox ilhamlandırdı. Məqsədim Qazilərimizə marş həsr etmək idi, lakin uzun müddət söz axtarışında idim və nəhayət Qazilərimizin qəhrəmanlığını tərənnüm edə biləcək bu şeir qarşıma çıxdı. Bu marşı bəstələyərkən məqsədim yalnız bir musiqi ərsəyə gətirmək deyildi. Mən bu notlarda Qazilərimizin ağrısını, qürurunu, mübarizəsini və sarsılmaz iradəsini ifadə etməyə çalışdım. Hər bir notda onların keçdiyi şərəfli yolun izləri var. Bu marş mənim onlara olan minnətdarlıq hisslərimin musiqi dili ilə ifadəsidir. Qazilərimizin qəhrəmanlığı mənim üçün yalnız bir keçmiş deyil, həmdə gələcəyimizin güc mənbəyidir. Əminəm ki. bu marş Xalqımızın gücünü, birliyini və qəhrəman övladlarına duyduğu sonsuz ehtiramı ifadə edərək ,Milli qürur hissini daim ucaldacaqdır” – deyə Anar İlhamlı bildirib.
Qeyd edəkki, Anar İlhamlı Vətənpərvərlik nəğmələrinin ifaçısı və bəstəkarı kimi ən öndə olan sənətkarlardan biridir. 44-günlük Vətən müharibəmiz ərəfəsində o, ən fəal sənət adamlarından biri olmuş, məhz həmin ərəfədə, Türk Dünyasının görkəmli şairi Bəxtiyar Vahabzadənin “Vətən üçün doğulduq” , şair Ramiz Qusarçaylının “Azərbaycan bayrağı”, Xankişi Bəxtiyarın “Azərbaycan əsgəri ən igid əsgər “, Baba Vəziroğlunun “Vətən” , Faiq Əhmədovun “Şəhidlər ölməzdirlər, ölməzə ağlamazlar” , Elçin Mirzəbəylinin “Darıxmışdı Yurd yeri “ adlı şeirlərinə marşlar bəstələyərək məhz həmin ərəfədə hərbi ruhu dahada artırmaq məqsədilə Xalqımıza təqdim etmişdir.
Anar ilhamlı Müharibədən sonra da, Vətənimizin azadlığı uğrunda həlak olan qəhrəman Şəhidlərimizin əziz xatirəsinə söz və musiqisi özünə aid olan “Zəfər döyüşü “adlı mahnını ithaf etmişdir. 2023-cü ildə ifaçı, Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsinə ithaf etdiyi, sözləri Dövlət Pedoqoji Universitetinin müəllimi, Azərbaycan yazıçılar birliyinin üzvü, şair Xankişi Bəxtiyara aid olan “Ulu Öndər kimi bir tarixin var “adlı kompozisiyanında müəllifi olmuşdur.
Xatırladaq ki, Anar İlhamlı , Vətənpərvərlik nəğmələri ilə yanaşı olaraq Xalq mahnıları və muğamlarımızın, Dahi bəstəkarlarımızın romans və mahnılarının, eləcədə əcnəbi musiqilərində mahir ifaçılarındandır. O, 20 ildən çoxdur ki, Azərbaycan mədəniyyətinə və incəsənətinə layiqli xidmət edir və bir çox töhfələr bəxş etmişdir. 15 ildir ki, hərbi Orkestrdə xidmət edən Anar İlhamlı əsgər və zabitlərimizin qarşısında çıxış etməkdən qürur duyduğunu bildirir.
Dəyərli Sənətkarımıza can sağlığı, yaradıcılıq və fəaliyyətində uğurlar arzulayırıq.
09:58 / 07 İyul 2026
51
09:38 / 07 İyul 2026
219
09:34 / 07 İyul 2026
55
09:27 / 07 İyul 2026
41
09:24 / 07 İyul 2026
53
09:16 / 07 İyul 2026
184
09:11 / 07 İyul 2026
145
09:08 / 07 İyul 2026
48
00:44 / 07 İyul 2026
148
00:18 / 07 İyul 2026
658
00:16 / 07 İyul 2026
156
00:12 / 07 İyul 2026
145
00:10 / 07 İyul 2026
310
00:02 / 07 İyul 2026
140
23:56 / 06 İyul 2026
247
23:56 / 06 İyul 2026
133
23:46 / 06 İyul 2026
696
23:41 / 06 İyul 2026
268
23:32 / 06 İyul 2026
312
23:08 / 06 İyul 2026
1416
23:02 / 06 İyul 2026
632
22:53 / 06 İyul 2026
126
22:41 / 06 İyul 2026
254
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.