Xəzər dənizində naməlum varlıq görüldü - VİDEO
10 Noyabr 2026, 23:17
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
818
17.03.2026, 13:13
“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin təmsilçisi, “Yeni Çağ” saytının baş redaktoru Aqil Ələsgərin ATƏT-də rus dilindəki çıxışı sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Oxu24.com Milli.Az-a istinadən xəbər verir ki, A.Ələsgərin 2026-cı il martın 16-sı Vyanada ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun İnsan Ölçüsü Konfransında Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçisi statusunda bilmədiyi xarici dildə çıxış etməsi tənqidlərlə qarşılanıb. Bu isə özlüyündə Aqil Ələsgərin Vyanaya - ATƏT tədbirinə hansı xətlə getməsi sualını yaradıb.
Məsələ ilə bağlı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva bildirib ki, Aqil Ələsgərin Vyana səfəri QHT Agentliyinin xətti ilə maliyyələşdirilməyib: “Ümumiyyətlə, 2026-cı il üzrə açıqlanmış qrant müsabiqələrinin qalibləri arasında da “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin adı yoxdur. Aqil Ələsgərə də bu tədbirdə iştirakı üçün heç bir səfər qrantı verilməyib”.
Agentlik rəsmisi xarici ölkələrdə, beynəlxalq təşkilatlarda ölkəni təmsil edən QHT təmsilçilərini də məsuliyyətli olmağa dəvət edib: “Təəssüflər olsun ki, bir sıra QHT nümayəndələrinin tədbirlərə hazırlıqsızlığı ölkə imicinə ziyan vurur. QHT Agentliyi xaricdə keçirilən mühüm tədbirlərdə iştirakı üçün zəruri səfər xərclərini qarşıladığı QHT təmsilçilərinin yüksək intellekt, hazırlıq səviyyəsinə, xarici dildə sərbəst çıxış etmək imkanına malik olmasına xüsusi yanaşır”.
Mövzu ilə bağlı Aqil Ələsgər özü isə deyib ki, o illərdir, öz şəxsi təşəbbüsü ilə beynəlxalq tədbirlərə qatılır və haqq bildiyi mövqeni müdafiə edir: “Bu dəfə də yenə öz şəxsi təşəbbüsümlə ATƏT-in toplantısına qatılmışam. İllərdir ki, ATƏT-in toplantılarına qatılıram, çıxış edirəm. Sadəcə olaraq, dünən moderator xanımın da dediyi kimi salon böyük, onunla aramızda məsafə olduqca uzun və içəridə mikrofonun səsi çox zəif olduğundan xanım moderatoru eşidə bilməmə kimi kiçik texniki qəza yaşadıq. Sinxron tərcümə avadanlığı, içəridə olan texniki nasazlıq bir birimizi eşitməyə problem yaşatdı. Bir daha təkrar edirəm, diqqətlə kadra baxın. Xanım moderator da, sonda açıqca bildirir ki, “o, bizi eşitmir”.
Bunu eşitdikləri, gördükləri, hətta yazdıqları halda hücuma davam edənlərin məram və məqsədləri heç də qüsursuzluq arayışı deyil”.
01:52 / 13 Noyabr 2026
281
01:49 / 13 Noyabr 2026
730
00:49 / 13 Noyabr 2026
148
00:18 / 13 Noyabr 2026
140
00:17 / 13 Noyabr 2026
214
23:53 / 12 Noyabr 2026
1446
23:51 / 12 Noyabr 2026
146
23:40 / 12 Noyabr 2026
256
23:34 / 12 Noyabr 2026
137
23:24 / 12 Noyabr 2026
1027
23:20 / 12 Noyabr 2026
138
23:19 / 12 Noyabr 2026
144
23:18 / 12 Noyabr 2026
143
23:12 / 12 Noyabr 2026
143
23:03 / 12 Noyabr 2026
147
23:02 / 12 Noyabr 2026
286
22:59 / 12 Noyabr 2026
139
22:55 / 12 Noyabr 2026
164
22:49 / 12 Noyabr 2026
194
22:40 / 12 Noyabr 2026
144
22:24 / 12 Noyabr 2026
220
22:21 / 12 Noyabr 2026
143
22:13 / 12 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.