Qaynar xətt:

(+99450) 247 90 86

Pişik futbola baxır  - MARAQLI GÖRÜNTÜ

news/2025_09_07/pisik_fut_1757268234.jpg

OXU24 TV

889

07.09.2025, 22:00

Qətər və Rusiya milli komandaları arasında keçirilən yoldaşlıq matçı zamanı  oyunu "izləyən" qara pişik  marağa səbəb olub.

Oxu24.com   xəbər  verir   ki, bu barədə Rusiya millisinin mətbuat xidməti Telegram-da məlumat yayıb.

Hazırda matçın ikinci hissəsi davam edir, hesab 4:1 Valeri Karpinin yetirmələrinin xeyrinədir. 

2022-ci ilin fevralında Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) və Avropa Assosiasiyaları İttifaqı (UEFA) Rusiya millisini və Rusiya klublarını onların himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırıb.

Belə ki, klubların Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqasında oynamaq hüququ yoxdur, kişilərdən ibarət yığma isə 2022-ci il dünya çempionatına vəsiqə qazanmaq imkanından məhrum edilib.

Həmçinin rusiyalı futbolçular 2024-cü il Avropa çempionatında iştirak etməyib və ABŞ, Meksika və Kanadada keçiriləcək 2026-cı il dünya çempionatının püşkatma mərasimində iştiraka buraxılmayıblar.

Nigar