500 manat pensiyalar bu qədər artacaq
13 Dekabr 2025, 00:01
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
5395
06.09.2025, 12:19
"Yumurta təzyiqi qaldırırmı? Xolsetrol yaradırmı? Çox yemək böyrəklərimizə zərər verərmi? Hər kəs yumurta yeməlidirmi?", "Yalnız ağını yemək doğrudurmu?" kimi suallar daim səslənir. Bu videoda bütün bu suallara cavab verəcəyik.
Yumurtanın faydaları
Yumurta ana südündən sonra içindəki faydalı maddələr baxımından ən zəngin qidalardan biridir. Orta ölçülü bir yumurta, bir cücənin inkişafı üçün lazım olan bütün qida maddələrini ehtiva edir. Tərkibində A vitamini, B qrupu vitaminləri, selen, fosfor və sağlam yağlar mövcuddur. Eyni zamanda E, D vitaminləri, sink və kalsiumla da zəngindir. Ən önəmlisi isə yumurta, bədənimiz üçün zəruri olan bütün amin turşularını ehtiva edən yeganə qidadır.
Yumurta xolesterini artırırmı?
Uzun illər yumurtanın pis xolesterini (LDL) artıraraq damar tıxanıqlığına səbəb olduğu düşünülürdü. Amma müasir araşdırmalar göstərir ki, yumurta əksinə, yaxşı xolesterin (HDL) səviyyəsini artırır və damar sağlamlığını dəstəkləyir.
Bəzi genetik hallarda yumurta LDL səviyyəsində kiçik artımlara səbəb ola bilər. Bu halda həkiminizlə məsləhətləşərək yumurtanı qidalanmanıza daxil edə bilərsiniz. Ümumi yanaşma belədir: tək başına yumurta LDL-i artırmır, əsas risk faktoru trans və toksik yağlardır.
2021-ci ildə aparılmış bir araşdırma göstərib ki, gündə bir yumurta yemək HDL-ni artırır və LDL-ni azaldır. Bu da yumurtanın ürək-damar xəstəlikləri riskini azaltdığını sübut edir. Həmçinin 2-ci tip diabet və piylənmə riskini də azaldır.
Beyin və Yaddaş üçün Əvəzsizdir
Yumurta, kolin adlı az tanınan, amma çox faydalı olan maddə ilə zəngindir. Kolin, hüceyrə membranlarını qoruyur, beyin funksiyalarını gücləndirir və alzheimer riskini azaldır. Təəssüf ki, bu maddə hər qidada olmur. Orta boy bir yumurta təxminən 147 mq kolin ehtiva edir. Bu isə diqqəti artırır və zehni fəaliyyətləri gücləndirir.
Göz Sağlığına Faydası
Yumurta, A vitamini, lutein və zeaksantin kimi göz sağlamlığı üçün vacib antioksidantlarla zəngindir. Bu maddələr:
• Gecə korluğu riskini azaldır,
• Katarakta kimi xəstəliklərin qarşısını alır.
Bu faydaları əldə etmək üçün yumurtanın sarısını yemək vacibdir, çünki faydalı maddələrin əksəriyyəti sarıda toplanır.
Omega-3 və Ürək Sağlamlığı
Yumurta, təbii olaraq Omega-3 yağ turşuları ilə zəngindir. Omega-3, trigliserid səviyyəsinin düşməsinə kömək edir. Bu isə ürək sağlamlığı üçün çox vacibdir. Yumurta həm LDL-ni, həm də trigliseridi azaldır və HDL-ni artırır.
Ən Keyfiyyətli Protein Mənbəyi yumurtadır.
Yumurta, əzələ yığmaq və əzələ itkisinin qarşısını almaq üçün ən faydalı qidadır. Vücud üçün vacib olan bütün amin turşularını ehtiva edir. Bu səbəblə:
• İdmançılar tərəfindən çox istifadə olunur,
• Yaş artdıqca əzələ zəifləməsinin qarşısını alır.
Yumurta həmçinin aclığı gecikdirir və gün ərzində şirniyyat istəklərini azaldır, buna görə arıqlamaq istəyənlər üçün ideal bir qidadır.
Yumurtanı Necə və Nə qədər yemək Lazımdır?
Yumurtanın yalnız ağını yeməklə yuxarıda sayılan faydaları tam əldə etmək mümkün deyil. Yumurtanı bütöv şəkildə – sarısı ilə birlikdə yemək lazımdır. Gündə 1-2 yumurta kifayət edir. Əgər 5-dən çox yumurta yeyirsinizsə, onların yalnız 1-2-sinin sarısını yeməyiniz yetərlidir.
Pişirmə üsuluna gəlincə, diyetoloqlar əsasən qaynadılmış yumurtanı tövsiyə edirlər. Amma tərəvəzlərlə birlikdə omlet şəklində də istifadə edilə bilər. Əgər yumurtaya kolbasa (sucuk) əlavə etməyi düşünürsünüzsə, onun fermentasiya olunmuş təbii sucuk olmasına və duz/sodyum səviyyəsinin aşağı olmasına diqqət edin. Əgər sənaye istehsalı olan kolbasadırsa, yumurtanı tək başına yeməyiniz daha doğrudur.
Nəticə:
Yumurta, bədən üçün zəruri amin turşuları, vitaminlər, kolin və sağlam yağlarla zəngin, nadir rast gəlinən qidalardan biridir. Onu düzgün şəkildə və mütənasib olaraq istifadə etsəniz, sağlamlığınıza böyük fayda verəcək.
Həmçinin oxuyun
15:08 / 13 Dekabr 2025
83
14:50 / 13 Dekabr 2025
27
14:38 / 13 Dekabr 2025
39
14:28 / 13 Dekabr 2025
41
14:22 / 13 Dekabr 2025
43
14:12 / 13 Dekabr 2025
137
13:14 / 13 Dekabr 2025
505
13:07 / 13 Dekabr 2025
259
12:58 / 13 Dekabr 2025
150
12:16 / 13 Dekabr 2025
907
12:08 / 13 Dekabr 2025
105
11:44 / 13 Dekabr 2025
74
11:30 / 13 Dekabr 2025
86
11:09 / 13 Dekabr 2025
893
11:07 / 13 Dekabr 2025
394
10:25 / 13 Dekabr 2025
1092
09:15 / 13 Dekabr 2025
871
09:06 / 13 Dekabr 2025
659
08:45 / 13 Dekabr 2025
131
08:37 / 13 Dekabr 2025
157
00:28 / 13 Dekabr 2025
155
00:14 / 13 Dekabr 2025
1112
00:01 / 13 Dekabr 2025
749
23:20 / 12 Dekabr 2025
683
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.