500 manat pensiyalar bu qədər artacaq
13 Dekabr 2025, 00:01
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
1284
01.09.2025, 10:57
Nailə xanım 25 il işlədiyi televiziya kanalından, AzTV-dən ayrılmaq qərarına gəlir. O, bu barədə deyir:
“Bu qərarı qəbul etmək məcburiyyətində qaldım. 25 il çalışdığım, bütün gücümü, bacarığımı sərf etdiyim işdən təbii ki, digər həmkarlarım kimi, mən də istəməzdim. Amma düşünürəm ki, insana işi ilə yanaşı, çalışdığı mühit də vacibdir. Ətrafımda hörmət etdiyim, illərlə Azərbaycan televiziyasının ağır yükünü çiyinlərində daşımış həmkarlarımın olmadığı yerdə işləyə bilməzdim, işləsəm də, qoymazdılar”.
Oxu24.com xəbər verir ki, O, 1998-ci ildə Azərbaycanın əməkdar artisti adına layiq görülüb. Uzun müddət Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində işləyib. Eyni zamanda Türkiyənin “TRT AVAZ” kanalında yayımlanan "İş'te kadın" proqramının aparıcısı olub. 2019-cu ilin sentyabr ayından etibarən İTV-də çalışır. Hazırda Saleh Bağırovla birlikdə "Ötən günlər" proqramının aparıcısıdır.
Diktorun həyat yoldaşı onu efirdən görüb, bəyənib. Sonradan o, Xalq artisti Ağakişi Kazımovla televiziyaya gələrək diktor Rafiq Hüseynovla görüşür. Rafiq Hüseynov məsələdən xəbər tutanda, Nailəni otağa çağırır. Heç nədən xəbəri olmayan diktor otağa girib çıxandan sonra öyrənir ki, qonaqlar onun üçün elçiliyə gəliblər. Bu məsələdən sonra Nailə xanım onunla tanış olmaq istəyən bəylə görüşür, münasibət qurur. Bir müddətdən sonra onlar ailə qurur. Bu evlilikdən cütlüyün İslam adlı bir oğlu dünyaya gəlir.
Nailə xanım haqqında yayılan ən maraqlı şayiələrdən biri onun Xalq artisti Akif İslamzadənin həyat yoldaşı olmasıdı. Bu barədə diktor deyir:
"İllər öncə şaiyə yayılmışdı ki, Akif İslamzadənin həyat yoldaşıyam. Buna səbəb soyadlarımızın eyni olması idi. Həm də ki, Akif müəllimin xanımının adı da Nailə idi. Mənim də onların da bir oğul övladı var. Yəni uyğunluqlarımız çox idi. Hətta bu vaxta qədər deyənlər də var ki, Akif İslamzadə ilə ailəliyəm".
Həmçinin oxuyun
Televiziyada işləyəndə diktorun atası rəhmətə gedir. Bir müddət keçir, diktorun iki qardaşı xərçəng xəstəliyindən vəfat edir. Diktorun üçüncü qardaşı isə yol qəzasında dünyasını dəyişir. Bu zaman Türkiyədə TRT Avaz-da verilişində aparıcı kimi fəaliyyət göstərən diktor verilişlərin birində fasilə vaxtı təsadüfən "Facebook"a girir və rəfiqəsinin ona başsağlığı yazdığını görür. Əvvəl heç nə başa düşməsə də, sonradan ona qardaşının ölüm xəbərini verirlər.
Davamı TV11-in videomaterialında...
15:08 / 13 Dekabr 2025
83
14:50 / 13 Dekabr 2025
27
14:38 / 13 Dekabr 2025
39
14:28 / 13 Dekabr 2025
41
14:22 / 13 Dekabr 2025
43
14:12 / 13 Dekabr 2025
137
13:14 / 13 Dekabr 2025
505
13:07 / 13 Dekabr 2025
259
12:58 / 13 Dekabr 2025
150
12:16 / 13 Dekabr 2025
907
12:08 / 13 Dekabr 2025
105
11:44 / 13 Dekabr 2025
74
11:30 / 13 Dekabr 2025
86
11:09 / 13 Dekabr 2025
893
11:07 / 13 Dekabr 2025
394
10:25 / 13 Dekabr 2025
1092
09:15 / 13 Dekabr 2025
871
09:06 / 13 Dekabr 2025
659
08:45 / 13 Dekabr 2025
131
08:37 / 13 Dekabr 2025
157
00:28 / 13 Dekabr 2025
155
00:14 / 13 Dekabr 2025
1112
00:01 / 13 Dekabr 2025
749
23:20 / 12 Dekabr 2025
683
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.