Deputat Fazil Mustafa ilə MÜSAHİBƏ
05 May 2026, 15:20
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
844
04.03.2026, 13:47
İran, ABŞ və İsrail arasındakı gərginlik uzun müddətdir ki, proqnozlaşdırılır. Bu müharibə ehtimalı artıq reallığa çevrilib, o cümlədən Azərbaycanda, ciddi miqrasiya problemləri yarada bilər. Belə bir şəraitdə Azərbaycan üçün həm humanitar, həm də təhlükəsizlik riskləri ön plana çıxır. Bu münaqişənin başlaması yalnız regional sabitliyə təsir etməyəcək, eyni zamanda İrandan Azərbaycana böyük miqrant axınına səbəb ola bilər. Bu miqrantlar həm humanitar baxımdan dəstəyə, həm də inteqrasiya və təhlükəsizlik tədbirlərinə ehtiyac duyacaq.
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Oxu24.com – a açıqlama verib.
“İran-ABŞ-İsrail müharibəsi gözlənilən idi. O baxımdan çox güman ki, preventiv tədbirlər nəzərdə tutulub. Əlbəttə, bu toqquşmalar uzunmüddətli müharibə olmayacaq, qısa zaman kəsiyində ABŞ və İsrail nöqtəvi zərbələrlə İranı neytrallaşdırmaq, təsirsiz hala salmaq və kapitulyasiya aktını imzalamağa məcbur etməyə israrlıdır. Güman edirəm ki, buna da müəyyən qədər nail ola biləcək. Yəni uzunmüddətli müharibə olmadığına görə də böyük miqrant axını, qaçqın axını proqnozlaşdırılmır. Olsa belə, güman edirəm ki, biz bununla bağlı beynəlxalq öhdəliklərimiz var şübhəsiz ki, biz onlara humanitar dəstək göstərəcəyik. Ancaq biz bunu göstərərkən həm də dövlətin maraqlarımızı və media maraqlarımızı da, xalqımızın, vətəndaşlarımızın təhlükəsizliyini də fikirləşməliyik. Yəni, bu istiqamətdə çox güman ki, qardaş Türkiyə təcrübəsindən istifadə edə bilərik.Necə ki, Suriya qaçqınları Türkiyəyə gələrkən ...
Onlar üçün ola bilər ki, sərhəd bölgəsində, İranın elə öz ərazisi daxilində Azərbaycanla sərhəddə və yaxud da ki, Azərbaycanın İranla sərhəddində, yəni, Azərbaycan ərazisində müvəqqəti düşərgə, çadır şəhərciyi düşünülə bilər və həmin elə düşərgədə onlara tibbi təhsil, səhiyyə və digər sosial xidmətlər göstərilə bilər. O baxımdan heç onların yerli əhaliyə inteqrasiyasına da ehtiyac qalmaz. Çünki belə inteqrasiyalarda bir qədər problematik məqamlar olur, yerli əhali ilə uyğunlaşma məsələsi, onların psixoloji və eyni zamanda hüquqi baxımından problemlər yarana bilər. Bu baxımdan o olmasın deyə, güman edirəm ki, Azərbaycan ərazisində İranla sərhəddə yaxud da İran ərazisində Azərbaycanla sərhəddə elə onlara humanitar dəstək göstərilə bilər. Güman edirəm ki, bunlar dövlətimiz tərəfindən rasional şəkildə hesablanıb. Çünki qeyd elədiyim kimi, bu müharibə gözlənilən müharibədir, ona görə də güman edirəm ki, birinci miqrant axını, böyük miqrant axını gözlənilmir. Olsa belə hesab edirəm ki, dediyim mexanizmlər kimi və ya Türkiyə təcrübəsi timsalında bu tənzimlənə bilər. Azərbaycan onsuz da humanist dəstəyi ehtiyacı olan bir sıra bölgələrə, ölkələrə göstərir və bu baxımdan Azərbaycanın belə bir təcrübələri var. Güman edirəm ki, İrandan gələn miqrant müraciətçilərə də Azərbaycan bu dediyim istiqamətdə dəstək göstərə bilər və şübhəsiz ki, öz təhlükəsizliyimizi də qorumaq şərti ilə”,-deyə Üzeyir Şəfiyev bildirib.
Hazırladı: Ülkər Rəhmanqızı
00:26 / 12 May 2026
189
00:06 / 12 May 2026
301
23:58 / 11 May 2026
183
23:54 / 11 May 2026
485
23:45 / 11 May 2026
627
23:43 / 11 May 2026
88
23:40 / 11 May 2026
88
23:32 / 11 May 2026
106
23:24 / 11 May 2026
98
23:17 / 11 May 2026
870
23:15 / 11 May 2026
285
23:14 / 11 May 2026
4818
23:11 / 11 May 2026
273
23:10 / 11 May 2026
110
23:06 / 11 May 2026
285
22:59 / 11 May 2026
374
22:59 / 11 May 2026
92
22:44 / 11 May 2026
587
22:43 / 11 May 2026
12920
22:34 / 11 May 2026
366
22:29 / 11 May 2026
316
22:23 / 11 May 2026
673
22:17 / 11 May 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.