Şəhidin atası və anası qəzaya düşüb - FOTO
13 Noyabr 2026, 12:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
205
13.11.2026, 12:08
Bu gün Azərbaycanın sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin 70 yaşı tamam olur.
Yubileyi münasibətilə Əbülfəs Qarayev Oxu24.com-a açıqlama verib.
Sabiq nazir 70 yaşında özünü gümrah hiss etdiyini, fəaliyyətini davam etdirdiyini və müxtəlif beynəlxalq tədbirlərdə iştirak etdiyini bildirib.
“Yubileyimi təbrik etdiyiniz üçün təşəkkür edirəm. 70 yaşımda özümü kifayət qədər gümrah və yaxşı hiss edirəm. Fəaliyyətimi davam etdirir, işimin başında olur, dərslərimi deyirəm. Eyni zamanda, beynəlxalq simpoziumlarda və müxtəlif konfranslarda iştirak edir, elmi və mədəni sahədə keçirilən tədbirlərdə fəal olmağa çalışıram. Fürsət olduqca bilik və təcrübəmi bölüşür, fəaliyyətimi davam etdirirəm”, – deyə Əbülfəs Qarayev bildirib.
Yubileyini necə qeyd etdiyinə gəlincə, sabiq nazir bu günü ənənəvi olaraq ailə üzvləri və nəvələri ilə birlikdə, sadə şəkildə keçirdiyini söyləyib:
“Həmişə olduğu kimi, sadə şəkildə ailəmlə, nəvələrimlə birgə qeyd edirəm”.
Qeyd edək ki, Əbülfəs Mürsəl oğlu Qarayev 13 noyabr 1956-cı ildə Bakı şəhərində görkəmli Qarayevlər ailəsində anadan olub. Atası Əməkdar elm xadimi Mürsəl Qarayev, əmisi isə dünya şöhrətli bəstəkar Qara Qarayevdir.
O, 1963-cü ildə Bakı şəhərindəki 23 nömrəli tam orta məktəbə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirib. 1973–1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda ali təhsil alıb. 1978-ci ildə Saatlı rayonunda M. Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi kimi əmək fəaliyyətinə başlayıb.
Əbülfəs Qarayev 1994–2001-ci illərdə gənclər və idman naziri, 2001–2006-cı illərdə gənclər, idman və turizm naziri, 2006–2018-ci illərdə mədəniyyət və turizm naziri vəzifələrində çalışıb. 2018-ci ildə Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilib, 2020-ci il mayın 21-də isə həmin vəzifədən azad olunub.
Turan Etibaroğlu
12:32 / 13 Noyabr 2026
1
12:20 / 13 Noyabr 2026
37
12:17 / 13 Noyabr 2026
40
11:55 / 13 Noyabr 2026
67
11:45 / 13 Noyabr 2026
121
11:40 / 13 Noyabr 2026
74
11:21 / 13 Noyabr 2026
229
11:15 / 13 Noyabr 2026
84
11:12 / 13 Noyabr 2026
137
11:00 / 13 Noyabr 2026
89
10:50 / 13 Noyabr 2026
85
10:45 / 13 Noyabr 2026
118
10:39 / 13 Noyabr 2026
99
10:25 / 13 Noyabr 2026
103
10:22 / 13 Noyabr 2026
178
10:20 / 13 Noyabr 2026
89
10:08 / 13 Noyabr 2026
397
10:02 / 13 Noyabr 2026
91
09:51 / 13 Noyabr 2026
180
09:46 / 13 Noyabr 2026
1234
09:44 / 13 Noyabr 2026
153
09:38 / 13 Noyabr 2026
118
09:34 / 13 Noyabr 2026
170
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.