Qaynar xətt:

(+99450) 247 90 86

Xalq yazıçısı: Azərbaycan mədəniyyətini dünyaya yetərincə tanıda bilməmişik

Xalq yazıçısı: Azərbaycan mədəniyyətini dünyaya yetərincə tanıda bilməmişik

CƏMİYYƏT

42

13.11.2026, 16:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan mədəniyyəti hələ lazımi səviyyədə dünyaya təqdim edilməyib.

Oxu24.com  xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Milli Məclisin Mədəniyyət komitəsinin "Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası" mövzusunda keçirdiyi ictimai müzakirədə deyib.

O, Azərbaycan iqtisadiyyatı, siyasəti və ordusunun inkişafı ilə müqayisədə mədəniyyət sahəsinin geridə qaldığını bildirib:

"Bəzən xarici turistlərin Bakı haqqında danışdıqlarına baxıram. Deyirlər ki, İçərişəhərə getdik, filan filmin çəkildiyi yeri gördük. Lülə kabab çox dadlıdır, şəkərbura ondan da dadlıdır. Azərbaycan bu deyil axı. Biz elə etməliyik ki, ölkəmizə gələn turistlər muzeylərimizin qarşısında növbəyə dayansınlar, konsert salonlarımıza gəlsinlər, kitablarımızı oxusunlar. Onda deyə bilərik ki, Azərbaycan dünyaya mədəniyyəti ilə də çıxıb".

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Müəllif

Nihat Pir

Nihat Pir

Sosial şəbəkələrdə paylaşın

MiniBoss

Azərbaycan xəbərləri: Bakı və Dünya hadisələri | Report.az

Haqqımızda

Bizimlə əlaqə

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

"Report" müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.