Məhkəmə qəzada atasının ölümünə səbəb olan sürücü ilə bağlı qərar verib
12 Noyabr 2026, 13:04
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
37
13.11.2026, 10:50
Ali Məhkəmənin İnzibati kollegiyasında özünüməşğulluq proqramı çərçivəsində verilmiş əmlakın geri tələb edilməsi ilə bağlı mübahisəyə baxılıb.
Bu barədə Oxu24.com-a Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, işin hallarına əsasən, müvafiq inzibati orqan ilə vətəndaş arasında 2024-cü il fevralın 1-də bağlanmış müqaviləyə əsasən, ona “Broyler inkubatoru” zərfi üzrə inkubator aparatı, generator və yemüyüdən avadanlıq verilib.
Lakin 2025-ci il fevralın 19-da aparılmış monitorinq zamanı həmin avadanlıqların satıldığı müəyyən edilib. İnzibati orqan vətəndaşa xəbərdarlıq məktubu göndərərək əmlakın natura şəklində geri qaytarılmasını tələb edib. Tələb yerinə yetirilmədiyindən inzibati orqan məhkəməyə müraciət edib.
Bakı İnzibati Məhkəməsi inzibati orqanın iddiasını mümkün saymayaraq bildirib ki, əmlakın geri qaytarılması məsələsi məhkəməyə müraciət edilmədən, inzibati orqanın öz səlahiyyətləri çərçivəsində müvafiq inzibati akt qəbul etməsi yolu ilə həll oluna bilər. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən qüvvədə saxlayıb.
İşə kassasiya qaydasında baxan Ali Məhkəmə qeyd edib ki, özünüməşğulluq proqramı çərçivəsində əmlakın verilməsi iki mərhələli inzibati prosedur əsasında həyata keçirilir. İlkin mərhələdə şəxsin özünüməşğulluğa cəlb edilməsi barədə inzibati akt qəbul olunur, sonrakı mərhələdə isə həmin akt əsasında inzibati müqavilə bağlanılır.
Ali Məhkəmənin hüquqi mövqeyinə görə, vətəndaş müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə inzibati orqan ilk növbədə əvvəlki əlverişli inzibati aktın ləğvi, müqaviləyə xitam verilməsi və əmlakın, yaxud onun dəyərinin geri tələb edilməsi barədə müvafiq inzibati akt qəbul etməlidir.
Məhkəmə vurğulayıb ki, inzibati orqanlar qanunvericiliklə onlara verilmiş səlahiyyətlərdən istifadə edərək müvafiq qərarları özləri qəbul etməli, məhkəməyə müraciət isə yalnız qanunla nəzərdə tutulmuş hallarda sonuncu hüquqi vasitə kimi çıxış etməlidir.
Ali Məhkəmə özünüməşğulluq proqramı üzrə verilmiş əmlakın geri tələb edilməsi zamanı inzibati prosedurlara riayət olunmasının və inzibati orqanların öz səlahiyyətləri çərçivəsində qərar qəbul etməsinin vacibliyini vurğulayıb.
10:45 / 13 Noyabr 2026
18
10:39 / 13 Noyabr 2026
43
10:25 / 13 Noyabr 2026
73
10:22 / 13 Noyabr 2026
87
10:20 / 13 Noyabr 2026
62
10:08 / 13 Noyabr 2026
209
10:02 / 13 Noyabr 2026
70
09:51 / 13 Noyabr 2026
121
09:46 / 13 Noyabr 2026
770
09:44 / 13 Noyabr 2026
118
09:38 / 13 Noyabr 2026
96
09:34 / 13 Noyabr 2026
134
09:33 / 13 Noyabr 2026
76
09:31 / 13 Noyabr 2026
87
01:52 / 13 Noyabr 2026
296
01:49 / 13 Noyabr 2026
837
01:42 / 13 Noyabr 2026
76
00:49 / 13 Noyabr 2026
156
00:18 / 13 Noyabr 2026
148
00:17 / 13 Noyabr 2026
255
23:53 / 12 Noyabr 2026
1893
23:51 / 12 Noyabr 2026
260
23:40 / 12 Noyabr 2026
310
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.