"Kamal müəllim mahnını Aygün Kazımovanın oxumasını istədi" — Baba Vəziroğlu ilə "Nigaranam" ətrafında MÜSAHİBƏ
15 İyul 2025, 15:49
Qaynar xətt:
(+99450) 247 90 86Jurnalist Allahverdi Əsədovun xatirələrində Heydər Əliyev
MÜSAHİBƏ
5085
10.05.2025, 11:06
“Onun baxışlarında xalqına sonsuz sevgi, sözlərində isə böyük məsuliyyət vardı”
Tarix hər kəsi deyil, yalnız böyük şəxsiyyətləri yaddaşında yaşadır. Azərbaycan xalqının müstəqillik yolundakı mübarizəsində, dövlətçilik tarixində və milli ideologiyanın formalaşmasında əvəzsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyev də məhz belə şəxsiyyətlərdən biridir. Onun uzaqgörən liderliyi, vətənə və xalqa bağlılığı yalnız siyasətçilərin deyil, sənət, elm və media nümayəndələrinin də yaddaşında dərin iz qoyub.
Ulu Öndərin həyat və fəaliyyəti sadəcə tarixin səhifələrində deyil, eyni zamanda onu yaxından tanıyanların xatirələrində yaşayır. Heydər Əliyev təkcə dahi bir dövlət xadimi yox, həm də səmimi, diqqətcil və müdrik bir insan kimi yadda qalıb. Onun jurnalistlərə, söz adamlarına olan münasibəti isə daim hörmət və dəyərlə müşahidə olunub.
Bu gün, 10 may — Ulu Öndər Heydər Əliyevin doğum günündə, onunla bağlı xatirələrə üz tuturuq. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Dövlət Televiziyasının Qarabağ üzrə bölgə müxbiri olmuş müharibə jurnalisti Allahverdi Əsədovla söhbətimizdə həm bir peşəkarın müşahidələri, həm də bir vətəndaşın dərin ehtiramı əks olunur.
Oxu24.com həmin müsahibəni təqdim edir:
— Allahverdi müəllim, ilk olaraq həmin unudulmaz görüşü xatırlayaq. Ulu Öndər otağa daxil olduğu anda yaranan atmosferi necə xatırlayırsınız?
— O, otağa daxil olan andaca sanki sakit, lakin dərin bir enerji ilə hər kəsi təsiri altına salmışdı.
Yadımdadır o vaxtlar deyirdilər ki, H.Əliyevin gözlərinə baxmaq çətindir — bu baxışların qarşısında insanlar özünü itirir. Lakin 1997-ci ildə onunla görüşüm zamanı mən bu fikirlərin əksinə olaraq, onun baxışlarında doğmalıq, isti münasibət və qayğı hiss etdim. Bu təəssürat bu gün də yaddaşımdan silinməyib. Mənə elə gəldi ki, onun baxışlarına dik baxa bilməyənlər ancaq səmimiyyətsiz və içində təmiz niyyət daşımayan insanlardır.
Həmin an onun baxışlarında yalnız bir liderin iradəsi deyil, xalqına olan sonsuz sevgisini də görmək olurdu.
— O görüşdə Ulu Öndərin dediyi və yaddaşınızda silinməz iz qoyan bir cümləsi varmı?
— Bəli, var. O zaman Heydər Əliyev dedi: “Əmin ola bilərsiniz ki, bundan sonra da nə mümkündürsə, mən onu edəcəyəm və Qarabağı işğaldan azad edəcəyəm. Buna inanıram və bu inamla da gecə-gündüz çalışıram. Bilin ki, siz axır-əvvəl öz el-obanıza geri qayıdacaqsınız.” Təəssüf ki, ömür vəfa etmədi... Amma bu vəsiyyəti onun layiqli davamçısı, dəmir iradəyə sahib Prezident İlham Əliyev yerinə yetirdi.
— Dahi liderin jestləri, pauzaları, mimikaları çox təsirli idi. Bu qeyri-verbal ünsiyyəti necə xarakterizə edərdiniz?
— Onun mimikası və pauzaları özü-özlüyündə bir dildən danışırdı. Bəzən bir baxışı, bir gülümsəməsi elə təsirli olurdu ki, artıq sözə ehtiyac qalmazdı. Jestlərlə danışmaq onun təbiiliyini və yüksək emosional zəkasını ortaya qoyurdu.
— Siyasi prosesləri yaxından izləyən bir jurnalist kimi, sizcə Heydər Əliyevin dəyişməyən əsas üç keyfiyyəti nə idi?
— Dəyanət, uzaqgörənlik və xalqa bağlılıq. Bu üç dəyər onun çıxışlarında, qərarlarında və ümumi strategiyasında hər zaman öz əksini tapırdı. Onun liderliyi sabitlik və inam üzərində qurulmuşdu.
— Ulu Öndərin media və jurnalistlərə münasibəti necə idi?
— O, sözə, qələmə və bu dəyərləri daşıyan insanlara böyük hörmətlə yanaşırdı. Jurnalistlərlə görüşlərdə bunu açıq şəkildə hiss etmək olurdu. Sual verən jurnalisti diqqətlə dinləyir, cavablarını isə səmimi və dolğun şəkildə təqdim edirdi. Jurnalistləri cəmiyyətin güzgüsü hesab edirdi.
Həmçinin oxuyun
— Sizcə, bu gün Azərbaycanın inkişafında Heydər Əliyevin hansı dəyərləri həlledici rol oynayır?
— Dövlətə sədaqət, vətən sevgisi və strateji düşüncə. Bu gün Azərbaycanın uğurlarının təməlində məhz bu prinsiplər dayanır.
— O, tarixi yazan bir şəxsiyyət idi. Sizcə, öz adının gələcək tarixdə necə qalacağını hiss edirdimi?
— Əlbəttə. Amma bu, özündənrazılıq deyildi. O, tarix yaratdığını bilirdi, çünki bu iradəyə və qabiliyyətə malik idi.
— Onun sadəliyi barədə çox danışılır. Sizcə, bu keyfiyyətlər lider obrazında necə rol oynayırdı?
— Məhz sadəlik onun böyüklüyünü tamamlayırdı. Xalqla ünsiyyətdə olarkən təkcə lider deyil, həm də bir ata, ağsaqqal kimi davranırdı. İnsanlarla danışarkən onların gözünə baxar, diqqətlə dinləyərdi. Bu səmimi münasibət onun liderliyini daha da doğmalaşdırırdı.
— Bugünkü gənclərə Ulu Öndər haqqında hansı mesajı vermək istərdiniz?
— Gənclər onun həyatını örnək almalı, vətənə sevgini yalnız sözlə deyil, əməli fəaliyyətlə sübut etməlidirlər. Heydər Əliyevin siyasi irsini öyrənmək, onun uzaqgörənliyindən ilham almaq hər bir gəncin vətəndaşlıq borcudur.
Ulu Öndər Heydər Əliyevin qurduğu siyasi xətt təkcə bu günün deyil, Azərbaycanın gələcək nəsillərinin də yol xəritəsidir. Bu xəttin davamçısı, Prezident İlham Əliyev atasının müəyyən etdiyi strateji kursu inamla davam etdirərək ölkəmizi regionun lider dövlətinə çevirib. Onun rəhbərliyi ilə Azərbaycanın gücü, sabitliyi və beynəlxalq nüfuzu daha da artmaqdadır. Bu, Heydər Əliyev irsinin canlı təcəssümüdür və hər bir azərbaycanlının qürur mənbəyidir.
— Dəyərli jurnalist, sizinlə həmsöhbət olmaq xoş oldu. Təşəkkür edirəm.
— Mən təşəkkür edirəm, qızım.
Müsahibəni apardı: Pərvin Şakirqızı
00:00 / 16 İyul 2025
Mehdidən sonra anası da öldü
153
23:29 / 15 İyul 2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı - yenilənib
68
22:44 / 15 İyul 2025
Bakıda yanğın oldu - VİDEO
115
22:22 / 15 İyul 2025
Bu rayonun 21 kəndində qaz kəsiləcək
78
19:22 / 15 İyul 2025
Lavrov sanksiyalara məşhur atalar sözü ilə cavab verib
123
18:48 / 15 İyul 2025
Kiyev vəd etdiyi silahları gözləməli olacaq
101
17:44 / 15 İyul 2025
Neft bazarı Trampın ultimatumuna necə reaksiya verdi?
116
17:11 / 15 İyul 2025
Prezident SƏRƏNCAM imzaladı
1141
17:09 / 15 İyul 2025
Ukrayna Aİ-nin rouminq zonasına qoşulur
232
17:05 / 15 İyul 2025
Avropa İrana vaxt verdi
149
17:00 / 15 İyul 2025
Gürcüstan Rusiya tərəfindən deportasiya edilən ukraynalılara icazə vermir
238
16:53 / 15 İyul 2025
Ankarada yaşayanlara xəbərdarlıq edildi
227
16:50 / 15 İyul 2025
Lavrov Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundundan danışıb
221
16:45 / 15 İyul 2025
4 gün leysan yağacaq - XƏBƏRDARLIQ
1974
16:40 / 15 İyul 2025
Ukraynada sensassion istefa
125
16:36 / 15 İyul 2025
Rusiya sərhədləri boyunca pilotsuz təyyarələrdən ibarət divar yaradılacaq
144
16:27 / 15 İyul 2025
Orban Aİ-ni Ukraynaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb
120
15:49 / 15 İyul 2025
"Kamal müəllim mahnını Aygün Kazımovanın oxumasını istədi" — Baba Vəziroğlu ilə "Nigaranam" ətrafında MÜSAHİBƏ
1205
15:15 / 15 İyul 2025
SON DƏQİQƏ! DİN açıqlama yaydı: Həmin şəxs tutulub
1189
14:54 / 15 İyul 2025
SON DƏQİQƏ! Bir sıra təyinatlar baş tutub
672
14:15 / 15 İyul 2025
İsrail bu ölkəni vuracaq — XƏBƏRDARLIQ
762
14:03 / 15 İyul 2025
Kamran Əliyev şöbə rəisini işdən çıxardı
1218
13:37 / 15 İyul 2025
İlham Əliyev bununla bağlı qanunu imzaladı
452
12:45 / 15 İyul 2025
Evdən 30 min dollar və 12 min manat oğurlanıb
175
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.