“Mənə kazino üçün icazə yox, söz verilsə idi…” — Hacı İbrahimdən SENSASİON AÇIQLAMA
09 İyul 2025, 08:16
Qaynar xətt:
(+99450) 247 90 86Milli Rifahın Yeni Müəyyənləri: Sosial Artımlar, Yaşıl Enerji və Qarabağda İqtisadi Dirçəliş — Millət vəkili Vüqar Bayramov ilə müsahibə
MÜSAHİBƏ
7071
12.05.2025, 13:14
Son dövrlərdə sosial siyasətdən tutmuş postmünaqişə dövründə iqtisadi dirçəlişə qədər bir çox sahədə əhəmiyyətli təşəbbüslər həyata keçirilir. 2025-ci ilin dövlət büdcəsində sosial xərclərin əhəmiyyətli paya sahib olması, azad edilmiş ərazilərdə məskunlaşma planlarının genişlənməsi və neft qiymətlərindəki dəyişkənlik fonunda iqtisadi sabitliyin qorunması bu istiqamətdə aparılan işlərin prioritet xarakter daşıdığını göstərir.
Məhz bu və digər aktual sosial-iqtisadi məsələləri daha ətraflı müzakirə etmək üçün Milli Məclisin deputatı, iqtisad elmləri üzrə fəlsəfə doktoru, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramov ilə həmsöhbət olduq.
Oxu24.com həmin müsahibəni təqdim edir:
– Vüqar müəllim, sosial müavinət və təqaüdlərin artırılmasının iqtisadi əsasları nələrdir?
– Azərbaycan Prezidentinin 2024-cü il 23 dekabr tarixli sərəncamına əsasən sosial paketin icrasına başlanılıb. Bu paket əməkhaqqı, pensiya, sosial müavinət və təqaüdlərin artırılmasını nəzərdə tutur. Artıq minimum əməkhaqqı və pensiyalarda artım baş verib, eyni zamanda bəzi dövlət qurumlarında çalışan şəxslərin də maaşları artırılıb. Sərəncamda Nazirlər Kabinetinə sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması tapşırılıb. Bu, iqtisadi artım, büdcə imkanları və qeyri-neft sektorunun yüksəlməsi fonunda mümkün olub.
– 2025-ci il üçün sosial xərclərin büdcəyə daxil edilməsi mexanizmi necə olacaq?
– 2025-ci ildə dövlət büdcəsinin sosial xərcləri 16.9 milyard manat təşkil edir ki, bu da ümumi büdcənin 42 faizinə bərabərdir. Bu vəsaitin ayrılması iqtisadiyyatın dayanıqlı inkişafı, neft gəlirlərinin sabitliyi və qeyri-neft sektorunun büdcəyə verdiyi töhfə ilə mümkün olub. Eyni zamanda Dövlət Neft Fondu bu istiqamətdə büdcə öhdəliklərinin vaxtında yerinə yetirilməsinə zəmanət verir.
– Əhalinin rifahına yönəlmiş hansı qanunvericilik təşəbbüsü ən uğurlu hesab edilir?
– Son illərdə sosial qanunvericilik sahəsində ciddi islahatlar həyata keçirilib. Əmək və pensiya sisteminin təkmilləşdirilməsi, elektron sistemlərin tətbiqi, şəffaf mexanizmlərin yaradılması əhalinin rifahına xidmət edir. Ən uğurlu təşəbbüslərdən biri də sosial müavinətlərin təyinatının avtomatlaşdırılmasıdır.
– İqlim maliyyələşməsində Azərbaycanın beynəlxalq maliyyə resurslarına çıxışı necə qiymətləndirilir?
– Azərbaycan COP29-a ev sahibliyi etməklə qlobal iqlim gündəliyinə öz töhfəsini verir. Yaşıl enerji sahəsində beynəlxalq tərəfdaşlıqların qurulması, maliyyə resurslarına çıxışın təmin olunması və investisiya layihələrinin reallaşdırılması bu sahədə mühüm addımlardır. 2030-cu ilə qədər ölkə daxilində yaşıl enerjinin payının 35 faizədək artırılması hədəflənib.
– Azad edilmiş ərazilərdə məskunlaşmanın iqtisadi təsiri necə olacaq?
– Qarabağ və Şərqi Zəngəzurda artıq 13 mindən çox insan daimi məskunlaşıb, 40 minə yaxın insan isə orada işləyir. Bu, bölgənin iqtisadi inteqrasiyası və yeni bazarların formalaşması baxımından əhəmiyyətlidir. Məskunlaşma ilə paralel olaraq qeyri-neft sektoru da canlanır. Bu ərazilərin bərpası ölkə iqtisadiyyatının əsas drayverlərindən birinə çevriləcək.
Həmçinin oxuyun
– Qarabağa ayrılan vəsaitlərin şəffaflığı necə təmin edilir?
– “Böyük Qayıdış” proqramı çərçivəsində 2026-cı ilin sonunadək 140 min insanın Qarabağ və Şərqi Zəngəzura köçürülməsi planlaşdırılır. İndiyədək bu məqsədlə dövlət büdcəsindən 19 milyard manat vəsait ayrılıb, 2025-ci il üçün isə əlavə 4 milyard manatın ayrılması nəzərdə tutulur. Ayrılan vəsaitlərin şəffaf şəkildə xərclənməsi üçün bütün layihələr dövlət nəzarəti altında, audit və ictimai monitorinq mexanizmləri əsasında həyata keçirilir. Bu yanaşma yalnız infrastrukturun və yaşayış məntəqələrinin bərpasını deyil, həm də həmin bölgələrdə məskunlaşan əhalinin sosial rifahının gücləndirilməsini hədəfləyir.
– Neft qiymətlərinin dəyişməsi fonunda iqtisadi sabitliyi qorumaq üçün hansı tədbirlər görülür?
– 2025-ci ilin birinci rübündə neftin orta qiyməti 77 dollar olub. Büdcədə isə ehtiyatlı yanaşma ilə qiymət daha aşağı götürülüb. Dövlət Neft Fondu vasitəsilə neft qiymətlərindəki dəyişmələrdən qaynaqlanan risklər idarə olunur. Eyni zamanda qeyri-neft sektorunun güclənməsi sabitlik üçün önəmlidir.
– Yeni sosial paket çərçivəsində müavinət və təqaüdlərin artırılmasının maliyyə əsaslandırılması necə aparılacaq?
– Bu sahədə əsas dayaqlar dövlət büdcəsinin mövcud imkanları, iqtisadi artım və qeyri-neft sektorundan daxil olan gəlirlərdir. Eyni zamanda Prezidentin Nazirlər Kabinetinə verdiyi göstərişlər çərçivəsində əlavə təkliflər hazırlanır. Yəni həm siyasi iradə, həm də iqtisadi resurslar bu addımları reallaşdırmaq üçün yetərlidir.
– Qeyri-neft sektorunun inkişafı üçün 2025-ci ildə hansı konkret tədbirlər planlaşdırılır?
– 2025-ci ildə qeyri-neft sektoru üzrə əsas prioritetlər xarici investisiyaların cəlbi, yeni proqramların icrası və struktur islahatlarının dərinləşdirilməsidir. Bu sektorun inkişafı üçün infrastruktur layihələri və ixracyönlü istehsal sahələrinin genişləndirilməsi nəzərdə tutulur.
– Azad edilmiş ərazilərdə 140 min insanın məskunlaşması 2026-cı ilin sonuna qədər planlaşdırılır. Bu prosesin sürətləndirilməsi üçün hansı konkret tədbirlər nəzərdə tutulur və əlavə vəsait ayrılacaqmı?
– “Böyük Qayıdış” proqramına uyğun olaraq 2026-cı ilin sonunadək 140 min insanın məskunlaşdırılması planlaşdırılır. Bu məqsədlə dövlət büdcəsindən artıq 19 milyard manat ayrılıb, 2025-ci il üçün isə əlavə 4 milyard manat nəzərdə tutulub. Evlərin inşası, infrastrukturun qurulması, məşğulluq proqramları və sosial xidmətlər əsas prioritetlərdir.
– Vüqar müəllim, əhatəli cavablarınız üçün təşəkkür edirəm.
– Buyurun, mən təşəkkür edirəm.
Qeyd edək ki,Oxu24.com daha öncə Millət vəkili, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri Arzu Nağıyevlə müsahibəni təqdim etmişdi.Həmin müsahibəni linkdən oxuya bilərsiniz.
Müsahibəni apardı: Pərvin Şakirqızı
12:25 / 16 İyul 2025
Prezidentlə təkbətək görüşü oldu - Fotolar
2
12:23 / 16 İyul 2025
İran xarici tankeri ələ keçirib
4
12:11 / 16 İyul 2025
Suriya Qolan təpələrindən imtina edib: İsrail isə Suriya prezidentinin öldürülməsini istəyir
10
12:04 / 16 İyul 2025
8-ci sinif şagirdi vəfat etdi - Foto
145
11:59 / 16 İyul 2025
DİM sədri mühüm açıqlama verdi: Yerlərin 90% dolacağı gözlənilir
40
11:57 / 16 İyul 2025
Patriot raketləri Ukraynaya doğru gedir
18
11:54 / 16 İyul 2025
DYP sürücülərə xəbərdarlıq edib
18
11:52 / 16 İyul 2025
Cənubi Qəzza parça-parça: İsrail daha bir dəhliz yaradır
20
11:40 / 16 İyul 2025
Tramp Almaniya kanslerinə Ukrayna üçün ABŞ-dan Patriot almağı təklif edib
28
11:33 / 16 İyul 2025
Kəmaləddin Heydərov Gədəbəy şəhərində vətəndaşları qəbul edəcək
37
11:29 / 16 İyul 2025
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
35
11:23 / 16 İyul 2025
"Kamal müəllim mahnını Aygün Kazımovanın oxumasını istədi" — Baba Vəziroğlu ilə "Nigaranam" ətrafında MÜSAHİBƏ
1589
11:20 / 16 İyul 2025
Rusiya erməni konyaklarının saxta olduğunu AÇIQLADI
37
10:56 / 16 İyul 2025
Bakıda baş vermiş qəzaların görüntüsü yayıldı: 4 nəfər həyatını itirib, 16 nəfər yaralanıb
326
10:52 / 16 İyul 2025
İyulun 16-dan bu ölkəyə vizasız gedəcəyik
42
10:51 / 16 İyul 2025
Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib
38
10:43 / 16 İyul 2025
Rusiya son həmləsini etdi - 10 noyabr sənədində o bənd
48
10:22 / 16 İyul 2025
I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
717
10:08 / 16 İyul 2025
Azərbaycan boksçusu erməni rəqibinə qalib gələrək Avropa çempionu olub
253
10:07 / 16 İyul 2025
Kütləvi dava: Xəsarət alanlar var
48
10:00 / 16 İyul 2025
Mütvəli Şıxlinskinin evində axtarış aparılacaq
81
09:50 / 16 İyul 2025
Ərdoğanı ağladan görüntülər... - Video
78
09:40 / 16 İyul 2025
Gündə 1 stəkan iç - Min bir dərdin dərmanı...
98
09:30 / 16 İyul 2025
Azərbaycanlı blogerin yarım milyonluq MAŞINLARI - FOTO
52
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.