Ömrü 14 ilədək uzadan - 5 vərdiş
26 May 2026, 09:45
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
952
02.10.2025, 00:25
Çoxlarımız Sovet İttifaqı dövrü həyatına dair nənə-babalarımız və valideynlərimizdən çoxlu nağıllar eşitmişik. 1 qəpiyə qazlı içkidən tutmuş SSRİ-də pivənin niyə bankalar və paketlərə töküldüyünə dair hekayələrə qədər o dövrün reallıqları indi bizə ağlasığmaz görünür. SSRİ-nin xüsusiyyətlərindən biri də içəriyə açılan qapılar idi.
Oxu24.com xəbər verir ki, UNIAN (Ukrayna agentliyi) sovet dövründə tikilmiş binalarda qapıların niyə içəriyə açıldığını araşdırıb.
Belə bir iddia var ki, sovet mənzillərinin giriş qapıları gizli xidmətlər və ya polislər asanlıqla daxil ola bilsinlər deyə içəriyə açılırdı. Amma bu cür mülahizələri bir kənara qoysaq, bunun kifayət qədər sadə və məntiqli izahları var.
Yanğın təhlükəsizliyi. Sovet dövründə konkret standartlara görə çox işlər görülürdü. O vaxt hesab olunurdu ki, çölə açılan qapılar yanğın zamanı insanların təxliyəsinə mane ola bilər. Belə hallarda bütün qapılar eyni anda açılsaydı, qaçmaq üçün çox az yer qalardı.
Dar keçidlər. Sovet dövründən qalma binalarda pilləkənlər və mənzillərin qarşısının kifayət qədər dar olduğunu görmüsünüz. Beləliklə, bütün qapılar çölə açılsa, qonşular narahat ola bilərdi. Məsələn, bir qapı digər mənzildən çıxışı bağlaya bilər. Bunu mənzillərin ümumi vestibülü olan binalarda görmək olar.
Digər səbəblər. Qapıların geniş formada belə quraşdırılması həm də hər şeyin o zaman dövlət standartlarına və sanitariya qaydalarına uyğun edilməsi ənənəsi ilə izah edilə bilər. Bu baxımdan, içəriyə açılan qapılar “qızıl standart” kimi müəyyən edilmişdi.
Bundan əlavə, bir çox insan bu yanaşmanı otaqda istiliyin qorunması ilə əlaqələndirir. Qapılar içəriyə açıldığı zaman daxildə istiliyin daha yaxşı qorunduğuna inanılırdı.
Həmçinin oxuyun
21:13 / 26 May 2026
66
21:11 / 26 May 2026
25
21:03 / 26 May 2026
143
20:59 / 26 May 2026
43
20:58 / 26 May 2026
90
20:55 / 26 May 2026
30
20:47 / 26 May 2026
340
20:44 / 26 May 2026
48
20:37 / 26 May 2026
87
20:37 / 26 May 2026
70
20:29 / 26 May 2026
64
20:22 / 26 May 2026
183
20:17 / 26 May 2026
54
19:55 / 26 May 2026
66
19:47 / 26 May 2026
89
19:37 / 26 May 2026
81
19:29 / 26 May 2026
72
19:25 / 26 May 2026
84
19:10 / 26 May 2026
208
19:06 / 26 May 2026
127
18:59 / 26 May 2026
109
18:58 / 26 May 2026
92
18:53 / 26 May 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.