Ağır qəza: Yaralılar var
01 Fevral 2026, 10:38
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
738
15.01.2020, 16:22
Xızı rayonunda istirahət mərkəzində qadına qarşı cinayət törətməkdə təqsirli bilinən Sabirabad rayon sakini, 1988-ci il təvəllüdlü Səid Məmmədzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Səid Məmmədzadə sərxoş vəziyyətdə Xızı rayonunun Altıağac qəsəbəsində yerləşən "Mərcan" istirahət zonasında otaqların birində əvvəllər tanıdığı İradə Şükürova ilə olarkən süni mübahisə yaradıb.
O, qəflətən qadına hücum edib, yumruqla sifət nahiyəsinə vurub, zorakı şəkildə boğazından yapışıb. Qadını yerə yıxaraq, dizini onun boğazına qoyub, iki əli ilə sıxıb. Sonra cib bıçağını onun boğaz nahiyəsinə dirəyib və qadının müqavimətini qırıb.
İradə Şükürovanın qışqırtısına gələn Elçin Babayev qadını xilas etmək istəyib. Elçin Babayev Səid Məmmədzadəni itələyib, İradəni onun əlindən alıb.
Səid Məmmədzadə içərisində 18 adda qızıl-zinət əşyaları, bir ədəd 350 manat dəyərində “İphone-5S” markalı mobil telefon aparatı və digər bahalı əmlaklarını ələ keçirərək hadisə yerindən qaçıb.
Səid Məmmədzadə qadına ümumilikdə 17.016 manat 70 qəpik dəyərində ziyan vurub.
Həmçinin oxuyun
İstintaq orqanı tərəfindən Səid Məmmədzadənin barəsində Cinayət Məcəlləsinin 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, Səid Məmmədzadə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Hökmdən narazı qalan Səid Məmmədzadə apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 180.3.2-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla soyğunçuluq törətmək) maddəsinə tövsif edilməsini istəyib.
Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə Səid Məmmədzadənin apelyasiya şikayəti təmin olunmayıb. Onun barəsində cəza isə 1 il aşağı salınıb.
Bu qərardan narazı qalan Səid Məmmədzadə kasasiya şikayəti verib. Kasasiya şikayətinə Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiya baxıb. Hakim heyəti kasasiya şikayətinin dəlillərini araşdırıb, sonda şikayətin təmin olunmaması barədə qərar qəbul edilib.
Pentensiar Xidmətin 11 saylı ciddi rejimli cəza çəkmə müəssisində saxlanılan Səid Məmmədzadə barəsində olan cəzanın yüngülləşdirilməsi üçün Binəqədi rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun müraciətini təmin etməyib.
12:04 / 01 Fevral 2026
7
11:59 / 01 Fevral 2026
20
11:44 / 01 Fevral 2026
29
11:15 / 01 Fevral 2026
126
11:07 / 01 Fevral 2026
41
10:44 / 01 Fevral 2026
323
10:38 / 01 Fevral 2026
90
10:33 / 01 Fevral 2026
32
10:10 / 01 Fevral 2026
151
10:06 / 01 Fevral 2026
79
10:04 / 01 Fevral 2026
53
10:03 / 01 Fevral 2026
60
23:57 / 31 Yanvar 2026
411
23:47 / 31 Yanvar 2026
271
23:25 / 31 Yanvar 2026
365
23:10 / 31 Yanvar 2026
291
22:58 / 31 Yanvar 2026
146
22:52 / 31 Yanvar 2026
461
22:42 / 31 Yanvar 2026
204
22:12 / 31 Yanvar 2026
1139
22:10 / 31 Yanvar 2026
120
21:58 / 31 Yanvar 2026
812
21:50 / 31 Yanvar 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.