Qaynar xətt:

(+99450) 247 90 86

Zaqatalada toyda mahnı üstündə dava - 1 nəfər öldü

2019-10/1571896951_toy1.jpg

KRİMİNAL

868

24.10.2019, 10:02

\"\"  Toyda musiqi üstündə düşən dava ölümlə nəticələnib.
“Qafqazinfo” xəbər verir ki, hadisə dünən Zaqatala rayon Danaçı kəndində baş verib. Toy məclisində iştirak edən Abakər Zutov və Abdul Ayalov arasında musiqi və rəqslə bağlı dava düşüb.
Həmin vaxt A. Zutovun oğlu Həmzət A. Ayalova yumruqla sifət nahiyəsinə vuraraq xəsarət yetirib. Toyda iştirak edən şəxslərin köməyi ilə mübahisənin böyüməyinin qarşısı alınsa da, daha sonra ata-oğul A. Ayalovun evinə gedərək söhbəti davam etdirib. Bu zaman A. Ayalov mətbəx bıçağı ilə A. Zutova xəsarət yetirib. Yaralı Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılsa da, həyatını qurtarmaq olmayıb. Faktla bağlı aparılmış ilkin əməliyyat-istintaq tədbirləri nəticəsində Abdul Ayalov saxlanılıb,Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanılıb.