Qaynar xətt:

(+99450) 247 90 86

Məktəbdə dava- Müəllim direktorun çənəsini qırdı

Məktəbdə dava- Müəllim direktorun çənəsini qırdı

KRİMİNAL

2860

15.05.2018, 15:59

\"\" Ağsu rayonunda müəllim işlədiyi məktəbin direktorunu döyüb.
Oxu24.com  Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ləngəbiz kəndində baş verib. Belə ki, Ağsu rayon Ləngəbiz kənd orta məktəbinin direktoru, Şamaxı rayonunun Çöl Bağırlı kənd sakini, 1985-ci il təvəllüdlü Müşfiq Əlseyran oğlu Mirzəyevlə məktəbin müəllimi arasında mübahisə yaranıb. Mübahisə zəminində müəllim məktəbin direktorunu döyüb.
O, müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Cərrahiyyə şöbəsinə yerləşdirilən direktorun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.