Albaniya axtarışda olan cinayətkarı Azərbaycana ekstradisiya edib.
29 Oktyabr 2026, 22:54
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
63
29.10.2026, 22:27
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Albaniyada saxlanılaraq ölkəmizə ekstradisiya edilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş Elçin Nüsrət oğlu Abdulxalıqovun yeri Albaniyada müəyyən edilib və o, həbs olunub.
Bildirilib ki, E.Abdulxalıqov 2020-ci ildə “GP Stock Feed” MMC-də satış üzrə mütəxəssis işləyərkən şirkətin kassasına ödənilməli olan, ona etibar edilmiş ümumilikdə 78 min manat vəsaiti müxtəlif vaxtlarda distribütorlardan nağd şəkildə götürərək şəxsi məqsədləri üçün istifadə etməkdə ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Baş Prokurorluğun sorğusu və aparılan danışıqlar nəticəsində həmin şəxsin Azərbaycana ekstradisiyası barədə razılıq əldə olunub.
Oktyabrın 29-da E.Abdulxalıqov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsi və Penitensiar xidmətinin əməkdaşları tərəfindən Azərbaycana gətirilib.
O, məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
23:00 / 29 Oktyabr 2026
6
22:54 / 29 Oktyabr 2026
10
22:50 / 29 Oktyabr 2026
31
22:47 / 29 Oktyabr 2026
35
22:42 / 29 Oktyabr 2026
99
22:37 / 29 Oktyabr 2026
45
22:34 / 29 Oktyabr 2026
57
22:32 / 29 Oktyabr 2026
53
22:30 / 29 Oktyabr 2026
112
22:24 / 29 Oktyabr 2026
61
22:17 / 29 Oktyabr 2026
56
22:11 / 29 Oktyabr 2026
79
22:07 / 29 Oktyabr 2026
70
21:48 / 29 Oktyabr 2026
90
21:45 / 29 Oktyabr 2026
856
21:42 / 29 Oktyabr 2026
106
21:33 / 29 Oktyabr 2026
74
21:31 / 29 Oktyabr 2026
153
21:27 / 29 Oktyabr 2026
78
21:18 / 29 Oktyabr 2026
78
21:04 / 29 Oktyabr 2026
108
21:02 / 29 Oktyabr 2026
126
20:49 / 29 Oktyabr 2026
224
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.