Qaynar xətt:

(+99450) 247 90 86

Yük maşınlarından 10 min manatlıq oğurluq edilib

Yük maşınlarından 10 min manatlıq oğurluq edilib

KRİMİNAL

63

18.11.2026, 16:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Abşeronda nəqliyyat vasitələrindən oğurluq edən şəxs saxlanılıb.

DİN-dən Oxu24.com-a verilən xəbərə görə, Abşeron rayonunda yük avtomobillərindən ümumi dəyəri 10320 manat olan naqil və akkumulyator oğurlanıb. Polisə daxil olmuş məlumat əsasında keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş P.Allahverdiyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, rayonun müxtəlif yerlərində nəqliyyat vasitələrindən oğurluq əməlini törədib. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.