Pensiyası kəsilənlərin nəzərinə
22 Oktyabr 2026, 21:15
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
91
22.10.2026, 12:02
3 milyon 700 min manat mənimsəmədə ittiham olunan “Azenco” şirkətinin keçmiş rəhbəri Vüqar Əliyevin məhkəməsinin qapalı keçirilməsi qərarı dəyişdirilib.
Oxu24.com xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsi müdafiə tərəfinin vəsatəti əsasında belə qərar çıxarıb.
Üç ay əvvəl keçirilən ilk iclasda prokuror işdə kommersiya sirri təşkil edən məlumatların olduğunu əsas gətirərək məhkəmə istintaqının qapalı aparılmasını istəmişdi. Hakim də bunu təsdiqləmişdi.
Müdafiə tərəfi ilk gündən bu qərardan narazı idi. Əvvəlki iclasda Vüqar Əliyevin vəkili Nurlan Məmmədov məhkəmənin davamının açıq keçirilməsi ilə bağlı vəsatət qaldırıb. Müdafiəçi vəsatətini belə əsaslandırıb ki, “Azenco” Açıq Səhmdar Cəmiyyətidir, mütəmadi olaraq fəaliyyətləri və xərcləri ilə bağlı ictimaiyyətə məlumat verir. Bundan əlavə, ibtidai istintaq vaxtı da hər şey açıq formada aparılıb, iş materiallarında istintaq sirri yoxdur.
Vəkil yekun olaraq məhkəmənin qapalı davam etməsi qərarının ləğv edilməsini xahiş edib. Müttəhim özü də bu vəsatəti dəstəkləyib, təmin edilməsini istəyib.
Fotoda: Hakim Neymət Məmmədov
İşi araşdıran əsas hakim Neymət Məmmədov müzakirədən sonra əvvəlki qərarını pozub, məhkəmə istintaqının davamının açıq keçirilməsi ilə bağlı yeni qərar qəbul edib.
Eyni gündə Vüqar Əliyev ittihamlarla bağlı hakim, prokuror və vəkillərin suallarını cavablandırıb.
O, özünü təqsirli bilmədiyini, şirkətin əsl sahibi kimi tanınan Etibar Pirverdiyevin qəzəbinə tuş gəldiyini deyib. Dediyinə görə, məhz Pirverdiyevin qərəzli münasibəti nəticəsində başına bu işlər gəlib. O, cəmi 2 il işlədikdən sonra şirkətin başına gətirildiyini, vəziyyətin niyə qəfil dəyişdiyini isə bilmədiyini qeyd edib.
Bu iş üzrə növbəti prosesdə Vüqar Əliyevin sələfi - “Azenco”nun İdarə Heyətinin hazırki sədri Pərviz Hacıyev və maliyyə direktoru Azər Məmmədəliyev şahid qismində dindiriləcəklər. Onlar təqsirləndirilən şəxsin işlədiyi dövrdə baş vermiş qanun pozuntuları ilə bağlı sorğu-sual ediləcəklər.
Fotoda: Pərviz Hacıyev
Əldə etdiyimiz digər məlumata görə, cinayət işi ilə bağlı Vüqar Əliyevin fərqli ünvanlarda yerləşən bir neçə evinin üzərinə həbs qoyulub. Əmlakların ümumi qiyməti 3 milyon manatdan çoxdur.
Qeyd edək ki, “Azenco” şirkətinin “Azərenerji”nin keçmiş rəhbəri Etibar Piriverdiyevə bağlı olduğu bilinir. Pirverdiyev vəzifədə olduğu dövrdə “Azenco” Azərbaycanda nəhəng enerji infrastrukturu layihələrinin həyata keçirilməsində, həmçinin dövlət büdcəsindən maliyyələşən digər işlərdə iştirak edib.
V. Əliyev 2022-2023-cü illərdə şirkətin İdarə Heyətinin sədri, sonradan isə bir müddət Müşahidə Şurasının sədri işləyib. O, 1 il əvvəl daxil olmuş şikayət əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.
22:47 / 22 Oktyabr 2026
17
22:43 / 22 Oktyabr 2026
11
22:43 / 22 Oktyabr 2026
34
22:36 / 22 Oktyabr 2026
39
22:35 / 22 Oktyabr 2026
25
22:26 / 22 Oktyabr 2026
62
22:20 / 22 Oktyabr 2026
55
22:14 / 22 Oktyabr 2026
55
22:07 / 22 Oktyabr 2026
63
22:04 / 22 Oktyabr 2026
200
21:57 / 22 Oktyabr 2026
78
21:45 / 22 Oktyabr 2026
81
21:37 / 22 Oktyabr 2026
176
21:15 / 22 Oktyabr 2026
101
20:40 / 22 Oktyabr 2026
99
20:34 / 22 Oktyabr 2026
114
20:25 / 22 Oktyabr 2026
114
20:19 / 22 Oktyabr 2026
83
19:56 / 22 Oktyabr 2026
108
19:47 / 22 Oktyabr 2026
112
19:42 / 22 Oktyabr 2026
94
19:31 / 22 Oktyabr 2026
88
19:29 / 22 Oktyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.