Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda lift şaxtaya düşüb, 4 nəfər ağır xəsarət alıb

2018-05/1526277028_lit.jpg

KRİMİNAL

1345

14.05.2018, 09:49

 \"\" Bakının Nəsimi rayonunda binada bədbəxt hadisə nəticəsində 4 nəfər xəsarət alıb.
Oxu24.com-un \"Report\"-a istinadən xəbərinə görə, hadisə Abdulvahab Salamzadə küçəsi 9 ünvanında baş verib. Hündürmərtəbəli binada 4 nəfər liftlə aşağı düşmək istəyən zaman qurğuda nasazlıq yaranıb. Nəticədə lift sürətlə şaxtaya çırpılıb. İçəridə olan 1995-ci il təvəllüdlü Poladov Vaqif Əfqan oğlu, 1996-ci il təvəllüdlü Məmmədov Təbriz Hüseynağa oğlu, 1982-ci il təvəllüdlü Məmmədov Fərid Fərman oğlu və Əliyev Seymur İbad oğlu müxtəlif dərəcəli sınıq xəsarətləri alıb. Yaralılar təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.