Ağır qəzada həlak olan İKİ DOST
03 Noyabr 2026, 00:06
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
319
05.08.2026, 09:28
Saatlı rayonunda 38 yaşlı kişi sevgilisinin azyaşlı qızına təcavüz edib.
Hadisə Saatlı rayonu ərazisində keçmiş məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə baş verib. Ağdam rayon sakini, 1988-ci il təvəllüdlü Anar İsayev (soyadı şərtidir) adıçəkilən şəhərcikdə xanımla tanış olub. O, himayəsində yetkinlik yaşına çatmayan qızı olan xanımla bir müddət sevgili olduqdan sonra bir yerdə yaşamağa qərar verib. Əvvəlcə qadın qızını anasının himayəsində saxlasa da, təxminən bir ildən sonra qadın yetkinlik yaşına çatmayan qızını Anarın razılığı ilə yaşadıqları evə gətirib və birlikdə yaşamağa başlayıblar.
Qadın işlədiyindən onun qızı evdə tək qalmalı olub. Bundan istifadə edən Anar tez-tez evə gələrək qıza qarşı seksual hərəkətlər etməyə başlayıb. O, qızı anasını öldürməklə hədələyərək onunla mütəmadi seksual xarakterli hərəkətlər edib və bu barədə heç kimə məlumat verməməyi tapşırıb.
Bir müddətdən sonra o, yenidən evdə qızla seksual xarakterli hərəkətlər edərkən ona bədən xəsarətləri yetirib. Hadisədən xəbər tutan qızın dayısı bu barədə polisə məlumat verib. Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə A.İsayev saxlanılıb və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İş Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə A.İsayev 11 il azadlıqdan məhrum edilib. (Oxu.Az)
06:33 / 03 Noyabr 2026
11
03:05 / 03 Noyabr 2026
85
02:30 / 03 Noyabr 2026
143
01:55 / 03 Noyabr 2026
154
00:25 / 03 Noyabr 2026
169
00:20 / 03 Noyabr 2026
359
00:15 / 03 Noyabr 2026
258
00:15 / 03 Noyabr 2026
167
00:06 / 03 Noyabr 2026
325
23:44 / 02 Noyabr 2026
280
23:39 / 02 Noyabr 2026
141
23:38 / 02 Noyabr 2026
138
23:37 / 02 Noyabr 2026
191
23:32 / 02 Noyabr 2026
135
23:28 / 02 Noyabr 2026
141
23:24 / 02 Noyabr 2026
282
23:19 / 02 Noyabr 2026
167
23:12 / 02 Noyabr 2026
143
23:05 / 02 Noyabr 2026
172
23:05 / 02 Noyabr 2026
150
22:55 / 02 Noyabr 2026
542
22:48 / 02 Noyabr 2026
491
22:44 / 02 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.