Eyyubovun rəis olduğu qurumda əməliyyat: Vəzifəli şəxs TUTULDU
02 Noyabr 2026, 21:43
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
150
02.11.2026, 15:33
Rüşvət almaqda təqsirləndirilən şəxslər həbs edilib.
Oxu24.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatında deyilir.
Məlumata görə, Baş Prokurorluq tərəfindən digər dövlət orqanları ilə birlikdə vəzifəli şəxslərin qanunsuz hərəkətlərinin qarşısının alınmasına qarşı mübarizə istiqamətində tədbirlərin görülməsi davam etdirilir.
Belə tədbirlərdən biri kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin Nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılaraq cinayət işi başlanıb.
İlkin istintaq-əməliyyat tədbirləri ilə 2025-2026-cı illərdə Nazirliyin Meşələrin İnkişafı Xidmətinin 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsində işləyən Fizulu Məmmədovun meşəbəyi vəzifəsində işləyən Vidadi Əsgərovla cinayət əlaqəsinə girərək meşə ərazisində torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Fizuli Məmmədov və Vidadi Əsgərova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alınması) ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə Fizuli Məmmədov barəsində həbs, Vidadi Əsgərov barəsində isə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilməklə qanunsuz əməllərin tam dairəsinin və belə əməllərin törədilməsində iştirak etmiş digər təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.
23:28 / 02 Noyabr 2026
12
23:24 / 02 Noyabr 2026
26
23:19 / 02 Noyabr 2026
29
23:12 / 02 Noyabr 2026
35
23:05 / 02 Noyabr 2026
62
23:05 / 02 Noyabr 2026
70
22:55 / 02 Noyabr 2026
94
22:48 / 02 Noyabr 2026
126
22:44 / 02 Noyabr 2026
67
22:27 / 02 Noyabr 2026
88
22:25 / 02 Noyabr 2026
86
22:22 / 02 Noyabr 2026
77
22:18 / 02 Noyabr 2026
84
22:09 / 02 Noyabr 2026
73
22:08 / 02 Noyabr 2026
81
22:06 / 02 Noyabr 2026
171
21:43 / 02 Noyabr 2026
1773
21:39 / 02 Noyabr 2026
115
21:38 / 02 Noyabr 2026
76
21:30 / 02 Noyabr 2026
97
21:30 / 02 Noyabr 2026
122
21:19 / 02 Noyabr 2026
89
21:13 / 02 Noyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.