Qaynar xətt:

(+99450) 247 90 86

Bıçaqlanan baş həkimin böyrəyi çıxarıldı - Komadan ayıla bilmir

2019-08/1565080652_1565076091_1565075004.sahin-baxseliyev.jpg

KRİMİNAL

799

06.08.2019, 12:41

\"\" Xəbər verdiyimiz kimi, Sumqayıtda yerləşən \"Sum Modern Dental Clinic”də bıçaqlanma hadisəsi qeydə alınıb.Stomatoloji poliklinikanın həkimi Pərviz İbrahimov baş həkim Şahin Baxşəliyevi bıçaqlayıb.
Oxu24.com xəbər verir ki, Unikal.org-a Şahin Baxşəliyevin ailə üzvlərinin verdiyi məlumata görə, baş həkimin böyrəyi çıxarılıb: \" Şahin Baxşəliyev Sumqayıt şəhərində  \"Şəfqət\" klinikasında  müayinə olunandan sonra məlum olub ki, onun böyrəyi də zədələnib. Bundan sonra o Bakıda yerləşən özəl klinikalardan birinə yerləşdirilib və onun böyrəyi çıxarılıb. Hazırda onun həyatı təhlükəsi qalır. Çünki onun qanında laxtalanma var. Ona qan köçürülüb. Vəziyyəti ağır olaraq qalır, təzyiqi yuxarıdır\".