Tramp İranla müharibəni bitirdi
14 Noyabr 2026, 18:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
774
16.01.2026, 22:27
Birləşmiş Ərəb Əmirlikləri ailə institutunu gücləndirmək üçün diqqətçəkən və kifayət qədər sərt mexanizmə start verib.
Oxu24.com Musavat.com-a istinadla xəbər verir ki, yeni qərara əsasən, ilk dəfə ailə quran Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarına 70 min dirhəm (təxminən 32 min manat) məbləğində dövlət ödənişi veriləcək.
Lakin bu vəsaiti almaq üçün təkcə nikah kifayət etmir.
Qaydalara görə, evlənən cütlük əvvəlcə 6 ay davam edən xüsusi “ailə proqramı”ndan keçməlidir. Təlim çərçivəsində 12 modul üzrə dərslər keçirilir. Proqramda ailədaxili münasibətlər, psixologiya, maliyyə savadlılığı, valideynlərə və ailə üzvlərinə hörmət, analıq və atalıq məsuliyyəti kimi mövzular yer alır. Məqsəd ailələrin ilk illərdə dağılmasının qarşısını almaq və daha şüurlu nikahlar formalaşdırmaqdır.
Yalnız bu kursları uğurla başa vuran cütlüklər dövlət ödənişini almaq hüququ qazanır.
Proqramdan yararlanmaq üçün ciddi şərtlər müəyyən edilib:
yalnız BƏƏ vətəndaşları müraciət edə bilər (əcnəbilər və ekspatlar istisnadır);
bəyin yaşı 21-dən, gəlinin yaşı isə 18-dən yuxarı olmalıdır;
bəyin aylıq gəliri 25 min dirhəmdən çox olmamalıdır (təxminən 11,5 min manat);
nikah ilk nikah olmalıdır.
Qanun müəlliflərinin fikrincə, bu maarifləndirici mexanizm ailələrin daha möhkəm qurulmasına, eləcə də ölkədə geniş yayılmış həddindən artıq dəbdəbəli toyların azalmasına xidmət edəcək.
Qeyd edilir ki, BƏƏ hakimiyyəti son illər kollektiv toyları da fəal şəkildə təşviq edir və bu mərasimlər bəzən tamamilə dövlət hesabına keçirilir.
19:15 / 14 Noyabr 2026
10
19:12 / 14 Noyabr 2026
9
19:05 / 14 Noyabr 2026
41
18:50 / 14 Noyabr 2026
46
18:43 / 14 Noyabr 2026
67
18:21 / 14 Noyabr 2026
483
18:09 / 14 Noyabr 2026
98
18:06 / 14 Noyabr 2026
414
18:03 / 14 Noyabr 2026
88
17:18 / 14 Noyabr 2026
162
17:15 / 14 Noyabr 2026
108
16:20 / 14 Noyabr 2026
120
16:05 / 14 Noyabr 2026
164
15:45 / 14 Noyabr 2026
124
15:27 / 14 Noyabr 2026
300
15:25 / 14 Noyabr 2026
137
15:07 / 14 Noyabr 2026
273
15:05 / 14 Noyabr 2026
140
14:44 / 14 Noyabr 2026
253
14:31 / 14 Noyabr 2026
129
14:24 / 14 Noyabr 2026
765
14:19 / 14 Noyabr 2026
130
14:15 / 14 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.