Bakıda 19 min manatlıq oğurluq edilib - Həbs olunanlar VAR
18 İyun 2026, 14:54
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
102
18.06.2026, 10:20
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Almaniyada tutulub.
Bu barədə Oxu24.com-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlik İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Almaniyada müəyyən edilən daha bir şəxsin iyunun 18-də Azərbaycana ekstradisiyasını həyata keçirib.
Qeyd edilib ki, 1990-cı illərin əvvəlində tamah niyyəti ilə maddi sərvət əldə emək məqsədilə digər şəxslərlə cinayət əlaqəsinə girib zorakılıqla bağlı olan basqınla müşayiət olunan quldurluq hərəkətləri edərək, zərərçəkmiş Qurbanəli Mustafayevin sağlamlığına ağır zərər vurmaqla onu qəsdən öldürməkdə (Azərbaycan Respublikasının qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi və 145-ci maddəsinin 2-ci hissəsinin 1,2,3,6,8-ci bəndləri) ittiham edilmiş və 33 il beynəlxalq axtarışda olan Gürcüstan vətəndaşı Şamilov Elşən Həsən oğlunun yeri Almaniyada müəyyən olunub və o, həbs edilib.
Vurğulanıb ki, Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu, dövlətimizin beynəlxalq nüfuzunu və Almaniyanın Azərbaycan üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiqləyir.
Şamilov Elşən Həsən oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Almaniyanın Frankfurt şəhərindən Azərbaycana gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridaxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
15:31 / 18 İyun 2026
25
15:30 / 18 İyun 2026
31
15:23 / 18 İyun 2026
37
15:20 / 18 İyun 2026
166
15:14 / 18 İyun 2026
49
15:03 / 18 İyun 2026
66
15:01 / 18 İyun 2026
58
14:54 / 18 İyun 2026
70
14:52 / 18 İyun 2026
57
14:34 / 18 İyun 2026
1081
14:30 / 18 İyun 2026
71
13:51 / 18 İyun 2026
86
13:44 / 18 İyun 2026
66
13:42 / 18 İyun 2026
74
13:16 / 18 İyun 2026
78
13:12 / 18 İyun 2026
88
12:58 / 18 İyun 2026
96
12:58 / 18 İyun 2026
76
12:51 / 18 İyun 2026
91
12:47 / 18 İyun 2026
93
12:42 / 18 İyun 2026
91
12:31 / 18 İyun 2026
317
12:28 / 18 İyun 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.