Azərbaycan əlifbası və Azərbaycan dili gününün tarixi əhəmiyyəti
31 İyul 2026, 13:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
632
18.06.2026, 11:33
Bakının mərkəzində yerləşən 12 mərtəbəli binanın mansard hissəsində qanunsuz tikinti işlərinin aparıldığı iddia olunur.
Oxu24.com Musavat.com-a istinadən xəbər verir ki, bu şikayətlə Aşıq Molla Cümə küçəsi giriş 3, M12, M2 ünvanında yerləşən “Monolit” MTK-ya məxsus yaşayış binasının sakinlərindən biri “Xəzər TV”yə müraciət edib.
Şikayətçinin vəkili Elməddin Məhərrəmov iddiasında bildirib ki, “Monolit” MTK ərazidə yerləşən 4 binanın sakinlərə məxsus olan çardaq və texniki sahəsini qanunsuz olaraq maklerlərdən birinə yeni mənzil inşası üçün satıb. İddialara görə, sakinlərin ümumi istifadəsində olan, yaşayış üçün ayrılmayan texniki sahədə qanunsuz tikinti işləri 5 aydan çoxdur ki, davam etdirilir.
Şikayətçi onu da iddia edib ki, qeyri-yaşayış sahəsində tikilən mənzillər üçün yaxınlıqda yerləşən binalardan qanunsuz qaz xətti çəkilib, eləcə də, su, kanalizasiya, elektrik xətləri də aşağı mərtəbələrdə yaşayan qonşuların xəttinə birləşdirilib.
Şikayətçinin sözlərinə görə, 4 binada aparılan qanunsuz tikinti işləri barədə aidiyyəti qurumlara müraciət edildikdən sonra 3 binada tikinti dayandırılıb, 1 binada isə tikinti işləri hələ də davam etdirilir.
“Monolit” MTK-nın əməkdaşı iddialara aydınlıq gətirərək, aparılan işlərin tam qanuni, layihəyə uyğun və razılaşdırılmış olduğunu bildirib. Tikintinin müvafiq qurumlarla razılaşdırılmış olduğuna dair müvafiq sənədləri isə təqdim etməyəcəkləri deyilib.
Şirkət mansard hissədə heç bir əlavə tikintinin aparılmadığını bildirsə də, 12-ci mərtəbəyə qalxan zaman tikinti işlərinin həyata keçirildiyi müşahidə edilib.
Hətta sosial şəbəkələrdə sözügedən binaya məxsus mansard tipli mənzillərin satışı üçün elanlar da həyata keçirilir.
Mansardın sahibi olduğunu iddia edən İlkin Rəhimov bildirib ki, aparılan tikinti işləri rəsmi qurumlarla razılaşdırılıb və mənzillərə bütün kommunal sayğaclar da qoyulub.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “Monolit” MTK tərəfindən inşa edilmiş 2 ədəd 12 mərtəbəli yaşayış binasının çardaq və texniki sahəsində əlavə pəncərə oyuqlarının açılması, əlavə mənzillərin tikilməsi barədə sakinlərdən daxil olmuş sikayətlər araşdırılıb. Binaların dam hissəsinə baxış keçirilib və qanunsuz, layihədənkənar aparılan tikinti işləri barədə MTK rəhbərliyinə və aidiyyəti qurumlara məktub ünvanlanıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirilib ki, məsələ ilə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara müraciət edilib.
14:12 / 31 İyul 2026
19
13:53 / 31 İyul 2026
41
13:35 / 31 İyul 2026
45
13:25 / 31 İyul 2026
60
13:12 / 31 İyul 2026
69
13:07 / 31 İyul 2026
59
13:01 / 31 İyul 2026
63
12:55 / 31 İyul 2026
74
12:52 / 31 İyul 2026
66
12:50 / 31 İyul 2026
83
12:47 / 31 İyul 2026
71
12:40 / 31 İyul 2026
71
12:38 / 31 İyul 2026
386
12:20 / 31 İyul 2026
85
12:18 / 31 İyul 2026
307
12:12 / 31 İyul 2026
132
11:59 / 31 İyul 2026
66
11:58 / 31 İyul 2026
164
11:46 / 31 İyul 2026
414
11:45 / 31 İyul 2026
69
11:33 / 31 İyul 2026
935
11:26 / 31 İyul 2026
82
11:24 / 31 İyul 2026
234
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.