Gürcüstanda azərbaycanlı gənc güllələndi
27 İyul 2026, 14:28
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
461
15.06.2026, 23:21
Cəmiyyətdə ən çox yanlış anlaşılan və hüquqi savadsızlıqdan qaynaqlanan məsələlərdən biri də cinayət törətməkdə şübhəli bilinən və ya ittiham olunan şəxslərin öz günahsızlıqlarını sübata yetirməyə çalışmasıdır. Çox vaxt vətəndaşlar elə düşünürlər ki, əgər onlara qarşı hər hansı bir ittiham irəli sürülübsə, mütləq özlərini təmizə çıxarmaq üçün dəlillər axtarmalıdırlar.
Bəs qanunvericilik bu barədə nə deyir? Oxu24.com xəbər verir ki, məsələyə vəkil Elvin Səfərov aydınlıq gətirib.
“Günahsızlığınızı sübut etmək sizin vəzifəniz deyil!"
Vəkil Elvin Səfərov bildirib ki, şəxsə qarşı irəli sürülmüş cinayət ittihamı üzrə onun günahsız olduğunu sübut etmək heç də həmin şəxsin üzərinə düşən bir öhdəlik deyil:
“Sizə qarşı irəli sürülmüş cinayət işi üzrə hər hansı bir ittihamla bağlı günahsızlığınızı sübut etmək sizin vəzifəniz deyil. İttiham tərəfi sizin bu cinayəti törətdiyinizi sübut etməlidir və bu, məhz onun vəzifəsidir”.
Vəkilin toxunduğu bu məqam birbaşa olaraq hüququn fundamental prinsiplərindən biri olan təqsirsizlik prezumpciyasına əsaslanır. Qanunvericiliyə görə, şəxsin təqsiri qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə sübuta yetirilməyibsə, o, günahsız sayılır. Yəni, dövlət ittihamçısı (prokuror) və ya istintaq orqanı şəxsin cinayət törətdiyini faktlarla, təkzibedilməz sübutlarla ortaya qoymalıdır. Müttəhim isə sadəcə susmaq və ittiham tərəfinin zəif tərəflərini izləmək hüququna malikdir.
Belə hallarla qarşılaşanda nə etməli?
Elvin Səfərov cinayət təqibi ilə üzləşən və ya ittiham olunan şəxslərə ilk addımda necə davranmalı olduqları barədə strateji məsləhətlər verib. Vəkil qeyd edib ki, emosiyalara qapılaraq tələsik ifadələr vermək yox, soyuqqanlı davranmaq lazımdır:
“İlk növbədə susmaq hüququndan istifadə edin. Qarşı tərəfin (ittiham tərəfinin) əlində hansı sübutların, dəlillərin olduğunu tam anlamaq üçün ilk olaraq prosesi kənardan izləyin.
İttihamın sübutlarını öyrənin. Müdafiənizi gücləndirmək məqsədilə, ittiham tərəfinin sizə qarşı hansı əsaslarla çıxış etdiyini dərindən analiz edin.
Öz sübutlarınızı vaxtında təqdim edin. Yalnız ittiham tərəfinin kartları bəlli olduqdan və müdafiə xəttiniz tam formalaşdıqdan sonra öz lehinizə olan sübutları istintaq orqanına və ya məhkəməyə təqdim edin”.
Cinayət prosesində düzgün müdafiə taktikası seçmək və qanunun verdiyi hüquqlardan vaxtında yararlanmaq şəxsi əsassız məsuliyyətdən qoruyan ən mühüm amildir.
Çimnaz Telmanqızı
17:23 / 27 İyul 2026
65
17:07 / 27 İyul 2026
49
17:00 / 27 İyul 2026
50
16:42 / 27 İyul 2026
57
16:21 / 27 İyul 2026
60
16:18 / 27 İyul 2026
120
16:16 / 27 İyul 2026
70
15:59 / 27 İyul 2026
78
15:45 / 27 İyul 2026
76
15:21 / 27 İyul 2026
83
15:20 / 27 İyul 2026
85
15:17 / 27 İyul 2026
69
14:59 / 27 İyul 2026
83
14:34 / 27 İyul 2026
78
14:28 / 27 İyul 2026
70
14:04 / 27 İyul 2026
97
13:59 / 27 İyul 2026
102
13:55 / 27 İyul 2026
87
13:50 / 27 İyul 2026
99
13:47 / 27 İyul 2026
73
13:40 / 27 İyul 2026
108
13:30 / 27 İyul 2026
100
13:15 / 27 İyul 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.