“Əsgərliyə aparsalar, özümü öldürəcəyəm” - dedi, həbs olundu
10 Noyabr 2026, 17:10
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
529
12.06.2026, 12:53
Azərbaycana 328 kq narkotiki qayıqla keçirmək istəyən İran vətəndaşlarının məhkəməsi başlayıb.
Oxu24.com xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Tariyel Quliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası iyunun 23-nə təyin edilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmiş İran İslam Respublikasının 3 vətəndaşı barəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb.
İstintaqla Məxtumi Sadiq Arazqurban oğlu (Makhtoumi Sadegh Arazghorban), Atcani Taher Halət oğlu (Atjani Taher Halat) və Qanqırme Omid Çalce oğlunun (Ghanghermeh Omid Chaljeh) satış məqsədilə xüsusilə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Araşdırmalar zamanı müəyyən olunub ki, adıçəkilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında 45 kq-dan artıq qurudulmuş, eləcə də 328 kq-dan artıq qurudulmamış marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib “Layner” tipli mühərrikli qayıq vasitəsilə Xəzər dənizinin Azərbaycan Respublikasına aid bölməsi üzrə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçiriblər.
Daha sonra həmin şəxslər Xaçmaz rayonunun sahil hissəsinə yaxınlaşarkən sərhəd orqanı əməkdaşları tərəfindən aşkar ediləcəklərini anlayaraq cinayətin predmetini təşkil edən narkotik vasitələri dənizə atıblar.
Keçirilmiş istintaq və əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan narkotik vasitələr Xəzər dənizinin Xaçmaz rayonuna aid sahil hissəsində və dənizin digər ərazilərində aşkar edilərək götürülüb.
Toplanmış sübutlar əsasında Məxtumi Sadiq Arazqurban oğlu (Makhtoumi Sadegh Arazghorban), Atcani Taher Halət oğlu (Atjani Taher Halat) və Qanqırme Omid Çalce oğlu (Ghanghermeh Omid Chaljeh) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4-1 (satış məqsədilə xüsusilə külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə etmə, saxlama və daşıma) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.
20:46 / 10 Noyabr 2026
4
20:35 / 10 Noyabr 2026
43
20:17 / 10 Noyabr 2026
55
20:10 / 10 Noyabr 2026
527
19:59 / 10 Noyabr 2026
68
19:58 / 10 Noyabr 2026
66
19:52 / 10 Noyabr 2026
84
19:52 / 10 Noyabr 2026
79
19:43 / 10 Noyabr 2026
86
19:40 / 10 Noyabr 2026
106
19:26 / 10 Noyabr 2026
101
19:20 / 10 Noyabr 2026
533
19:06 / 10 Noyabr 2026
124
18:58 / 10 Noyabr 2026
704
18:56 / 10 Noyabr 2026
110
18:39 / 10 Noyabr 2026
203
18:26 / 10 Noyabr 2026
463
18:25 / 10 Noyabr 2026
155
18:19 / 10 Noyabr 2026
182
18:17 / 10 Noyabr 2026
135
18:04 / 10 Noyabr 2026
218
18:02 / 10 Noyabr 2026
1485
17:54 / 10 Noyabr 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.