“Əsgərliyə aparsalar, özümü öldürəcəyəm” - dedi, həbs olundu
10 Noyabr 2026, 17:10
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1581
10.06.2026, 21:45
ATU Tədris Cərrahiyə Klinikasının həkim-uroloqu Əmrah Əliyev həbs olunub.
Oxu24.com Xitab24.az-a istinadən xəbər verir ki, o, insan orqanlarının alqı-satqısına cəhddə ittiham edilib.
Belə ki, Əmrah Əliyev 2024-cü ilin yanvar ayının sonlarında çalışdığı ATU Tədris Cərrahiyə Klinikasının kəskin qaraciyər sirrozu diaqnozu ilə müalicə alan Xalidə Qurbanəliyevaya 15.000 manat müqabilində könüllü donor tapacağını vəd verib.
Bundan sonra o, bu işdə digər təqsirləndirilən, iş yoldaşı, kiçik tibb qardaşı Murad Əliyevlə birlikdə klinikanın yaxınlığında yerləşən “Şor-Qoğal” adlı mağazada satıcı işləyən tanışının Xalidə Qurbanəliyeva ilə eyni qan qrupuna sahib olduğunu dəqiqləşdirib və ona 10.000 manat pul müqabilində qaraciyərinin bir hissəsini resipiyentə transplantasiya edilməsinə razı salıb.
Bundan sonra Əmrah Əliyev qadının transplantasiyaya uyğunluğunun mümkün olub-olmamasını dəqiqləşdirmək üçün sənədləri Səhiyyə Nazirliyinin Orqan donorluğu və transplantasiyası üzrə Koordinasiya Mərkəzinə təqdim edib. Bu zaman o, komissiya üzvlərinə guya Xalidə Qurbanəliyevanı əvvəllər tanıdığı barədə həqiqətə uyğun olmayan məlumatların verilməsi ilə bağlı həmin qadını təlimatlandırıb.
Cinayət əməlinin üstü isə Səhiyyə Nazirliyinin Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyasının iclasında açılıb. Belə ki, könüllü donor kimi təqdim olunan qadının mobil telefona baxış zamanı həkim və onun arasında pul qarşılığında donor olması ilə bağlı yazışmalar üzə çıxıb, buna görə də transplantasiya qeyri-mümkün hesab edilib.
Bundan sonra həkim-uroloq bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib və insan orqanlarının alqı-satqısına cəhddə ittiham olunub.
Məhkəmənin hökmünə əsasən, Əmrah Əliyev və Murad Əliyev üç il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs məhkəmə zalında həbs olunub.
Bu işdə təqsirləndirilən İradə Məmmədova və Gülmira Şirinova da üç il müddətinə azadlıqdan məhrum edilsə də, onları cəzası şərti hesab olunub. Təqsirləndirilən qadınlardan biri ana, digəri isə onu qızıdır. Ananın qızını qanunsuz əmələ görə sövq etməkdə təqsirli bilinib.
Onu da əlavə edək ki, Xalidə Qurbanəliyeva daha sonra Dövlət Gömrük Komitəsinin Hospitalında müayinə və müalicə edilib, buna baxmayaraq, həyatını itirib.
21:51 / 10 Noyabr 2026
1
21:49 / 10 Noyabr 2026
15
21:44 / 10 Noyabr 2026
29
21:40 / 10 Noyabr 2026
37
21:33 / 10 Noyabr 2026
18536
21:19 / 10 Noyabr 2026
79
21:12 / 10 Noyabr 2026
98
21:10 / 10 Noyabr 2026
257
20:56 / 10 Noyabr 2026
87
20:54 / 10 Noyabr 2026
285
20:46 / 10 Noyabr 2026
101
20:35 / 10 Noyabr 2026
118
20:17 / 10 Noyabr 2026
102
20:10 / 10 Noyabr 2026
1200
19:59 / 10 Noyabr 2026
109
19:58 / 10 Noyabr 2026
105
19:52 / 10 Noyabr 2026
112
19:52 / 10 Noyabr 2026
111
19:43 / 10 Noyabr 2026
117
19:40 / 10 Noyabr 2026
136
19:26 / 10 Noyabr 2026
119
19:20 / 10 Noyabr 2026
689
19:06 / 10 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.